Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Rafiq Hüseynovla vida mərasimi keçirilir – FOTOLAR+YENİLƏNİB

Rafiq Hüseynovla vida mərasimi keçirilir – FOTOLAR+YENİLƏNİB

Millət vəkili Qənirə Paşayeva xalq artisti Rafiq Hüseynovun vida mərasiminə qatılıb.

Musavat.com xəbər verir ki, millət vəkili mərhumun ailə üzvləri ilə görüşüb və onlara mənəvi dəstək olub. Daha sonra jurnalistlərin suallarına cavab verən Paşayeva xəstəxanada  xalq artisti ilə görüşdüyünü bildirib: “Rafiq bəy xaricdə xəstəxanada yatanda ona baş çəkdim, xeyli söhbət etdik. Həyat dolu idi, ölmək istəmirdi. Deyirdi ki, görüləcək çox işləri var. Həqiqətən, televiziya əməkdaşlarının ondan öyrənəcəyi çox şey var. Rafiq müəllim gözəl səsə malik, peşəkar diktor idi. Yeri hər zaman televiziyada görünəcək.

Onun sağalması üçün  ölkənin vitse-prezidenti Mehriban Əliyeva əlindən gələni etdi. Ona maddi və mənəvi dəstəyi göstərdi, ailəsi də daim yanında oldu. Tibbin bütün imkanlarından istifadə olunsa da, Rafiq müəllimi xilas etmək mümkün olmadı. Allah rəhmət etsin. Yeri cənnət olsun”.

****

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi keçirilir.

Musavat.com xəbər verir ki,  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutan mərasim saat 10:00-da başlayıb və 12:00-dək davam edəcək.

Xalq artistinin son görüşünə sənət dünyasının tanınmış simaları və ailə üzvləri qatılıb.

Mərhum II Fəxri xiyabanda dəfn olunacaq. Onun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …