Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Aktual / Rafiq Daşdəmirlini “qurban” aparan əlyazmanı Həsən Kərimova kim verib?- İstefa, yoxsa “razborka” qurbanı (ÖZƏL)

Rafiq Daşdəmirlini “qurban” aparan əlyazmanı Həsən Kərimova kim verib?- İstefa, yoxsa “razborka” qurbanı (ÖZƏL)

Azinforum.az-a Azərbaycan Xalq Cəbhəsi Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirlinin tutduğu vəzifədən uzaqlaşdırılmasına səbəb olan detallar məlum olub.

Qeyd edək ki, AXCP-yə yaxın olan “Azadlıq” qəzeti partiyada baş verən son hadisəni kadr dəyişikliyi kimi qələmə verib. Həmin məlumatda bilirilib ki, Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib: “Bununla bağlı sərəncamı AXCP sədri Әli Kərimli imzalayıb. AXCP Səbail şöbəsinin sədri Saqif Qurbanov AXCP Təşkilat Şöbəsinin müdiri vəzifəsinə təyin edilib”.

Ancaq hadisənin təfərrüatı barədə məlumatlı olan şəxsin saytımıza verdiyi məlumata görə, Rafiq Daşdəmirlinin öz ərizəsi əsasında tutduğu postdan istefa verməsilə bağlı deyilənlər həqiqəti əks etdirmir: ” Rafiq Daşdəmirli AXCP daxilində gedən qruplaşmalararası mübarizənin qurbanı olub”.

 

 

aga

Rafiq Daşdəmirlinin AXCP rəhbərliyinin qəzəbinə konkret olaraq hansı əməlinə görə tuş  gəlməsilə bağlı mənbə bunları dedi:  ” Rafiq Daşdəmirli Razi Nurullayevin qruplaşmasında təmsil olunurdu. Razi Nurullayevin “yanmasından” sonra həmin qruplaşmaya Rəyasət Heyətinin üzvü Sahib Kərimov başçılıq etməyə başladı. Ancaq Sahib Kərimov bu missiyanı apara bilmədi. Onların əsas rəqibi Həsən Kərimov- Gözəl Bayramlı qruplaşması sayılırdı. Bir neçə ay bundan əvvəl,  mətbuatda “Cəbhəçi gənclərin Əli Kərimliyə müraciəti” başlıqlı yazı ötürüldü. Həmin yazıda Həsən Kərimov sərt tənqid edilirdi və Əli Kərimlidən sədr müavininin cəzalandırılması tələb olunurdu.  Məlumatın AXCP rəhbərliyilə antoqonist münasibətlərdə olan Ramiz Tağıyevin nəzarətində olan “Millətim” qəzetində çıxması prosesi bir qədər də qızışdırmış oldu. Deyilənə görə, həmin məlumat sabiq cəbhəçi Ağaşirin Tanrıverdioğlu tərəfindən “Millətim”ə ötürülübmüş. Həmin vaxt Ağaşirin bəylə Rafiq Daşdəmirlinin münasibəti  normal olub. AXCP rəhbərliyi uzun müddət  daxildən olan məlumatı “Millətim”ə kimin ötürməsini araşdırsa da, heç bir nəticə olmayıb”.

ramiz

Mənbə prosesin ən maraqlı aspektini isə belə izah etdi: “” Millətim” qəzetində olan bəyanatın əlyazması hansısa vasitə ilə “ekspertiza” üçün Həsən  Kərimova ötürülür. AXCP-nin sədr müavini kağızı görən kimi “bu, Rafiq Daşdəmirlinin xəttidi” deyir. Bu fakt qarşısında çıxılmaz vəziyyətdə qalan  Rafiq Daşdəmirli istefaya məcbur edilir”.

Azinforum.az olaraq bildirik ki, sözügedən əlayzmanın bir nüxəsi də redaksiyamıza təqdim edilib və bizə həmin məlumatın Həsən Kərimova kimin tərəfindən ötürülməsi də məlumdur. Bunlar barədə bir qədər sonra.

Qeyd edək ki, Rafiq Daşdəmirli Əli Kərimliyə sadiq olan cəbhəçilərdən sayılırdı. Hətta o, Milli Məclisdə Əhəd Abıyevin Əli Kərimlini təhqir etməsndən sonra birincinin evinin qarşısında keçirilən etiraz  aksiyasında həbs edilərək, bir müddət həbsxana həyatı yaşayıb.

Rafiq Daşdəmirli ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onun da fikirlərinə yer verməyə hazırıq.

Rövşən Əli,

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvan əhalisinin sayı 456 min nəfəri ötüb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb. Azinforum.az xəbər verir ki, cari ilin 1 aprelində muxtar …

Bir cavab yazın