Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / Rafael Ağayev İran KİV-nə danışdı: “Həkimlər Parisə getməyimi dəstəkləmirdilər”

Rafael Ağayev İran KİV-nə danışdı: “Həkimlər Parisə getməyimi dəstəkləmirdilər”

“Mən iki il ardıcıl Parisdəki yarışda finala çıxmışam. Ancaq bu dəfə sağ dizimdəki əməliyyat səbəbindən finala çıxa bilmədim. Parisdəki yarışın başlamasından təxminən 22 gün əvvəl sağ dizimdən əməliyyat olunmuşdum. Amma bunu mediada bildirməmişdim. Bu yarışa gəlməzdən əvvəl həkimlərlə danışmışdım. Həkimlər yarışa getməyimi dəstəkləmirdilər. Amma turnirin ciddiliyini və dünyadakı bütün karateçilərin Olimpiya lisenziya xalları qazanmaq istədiklərini nəzərə alsaq, mən də iştirak etməli idim. Bu yarışda dizlərimə çox təzyiq edəcəyimi bilirdim. Amma məcbur oldum və tatamiyə çıxdım”.

Bunu karate üzrə beşqat dünya, onbirqat Avropa çempionumuz Rafael Ağayev İranın Fars Xəbərlər Agentliyinə müsahibəsində deyib.

O, ötən ay Fransanın paytaxtı Parisdə keçirilmiş ilin ilk Premyer Liqa yarışından danışıb. Medalsız qalsa da, Rafael nəticəni özü üçün uğurlu hesab etdiyini bildirib:

“Bu yarışdan xal qazanmağım mənim üçün çox vacib idi. Xal topladım və yarışdığım üçün məmnunam. Yarışmağım mənim üçün əla oldu. Medal qazana bilməsəm də, Fransada istədiyim nəticəni əldə etdim. Qarşıdakı bir neçə ayda önəmli yarışlarımız var. Allahın istəyi ilə, qismətdə varsa, həmin yarışlarda medal qazanaram”.

Daha sonra o, Tokio Yay Olimpiya Oyunlarına düşmək üçün rəqiblərinin adlarını açıqlayıb:

“Yaponiyalı rəqibimi (Ken Nisimuranı nəzərdə tutur – S.M.) saymasaq, hazırda Olimpiya reytinqində üçüncü yerdəyəm. İranlı Bəhmən Əsgəri birinci, italiyalı Luici Buza ikinci, mən isə üçüncüyəm. ABŞ və Ukrayna karateçiləri dördüncü və beşinci yerlərdədir. Bundan sonra yarışlar daha rəqabətli və vacib olmağa başlayır. Parisdə yarışmaqla 210 xal qazandım. Olimpiya reytinqinin ən yüksək pilləsində rəqabəti nəzərə alsaq, mənim üçün bu çox yaxşı idi”.

O, İranın karatedəki rolu barədə də danışıb:

“Bu sualı məndən başqa, dünyanın başqa insanlarından da soruşsanız, həqiqəti söyləməlidirlər. İran karatesi əvvəldən yaxşı idi, amma indi daha yaxşı olub.

İran karateçisi hər iki ildən bir keçirilən dünya çempionatında qızıl medal qazanır. Ona görə də heç kim İran karatesinin böyüklüyünü inkar edə bilməz. İranlıların yaxşı və gözəl heyəti var. Məşqçiləri də əladır. İranlıları uğurlarına görə təbrik edirəm və onlara Olimpiadada ən yaxşı nəticələri arzulayıram. Paris həmişə ən vacib yarışlardan biridir və burada medal qazanmaq çətin məsələdir. Amma iranlılar Parisdə yaxşı çıxış etdilər”. oxu.az

35 yaşı olan Rafael Ağayev karate ilə vidalaşmaq barədə hələ düşünmədiyini də açıqlayıb:

“Hazırda karate ilə vidalaşmaq barədə düşünmürəm. Tokio Olimpiadasında iştirak etmək mənim üçün vacibdir. Olimpiadadan sonra Allah bilir nə olacaq. İndi bütün idmançılar Tokioda iştirak etmək barədə düşünür. Tokio Olimpiadasına qatılmaq üçün əlimdən gələni edirəm. Hər şey Allahdan asılıdır. Tokio Olimpiadasında hədəfimə çatacağıma ümid edirəm”.

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …