Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Radiolardakı bərbad durum haqda – Açıqlama

Radiolardakı bərbad durum haqda – Açıqlama

“Radiolardakı vəziyyətlə bağlı ictimaiyyət tərəfindən böyük narazılıqlar var və o baxımdan da biz radiolarda monitorinqləri artırdıq”.

“ Azinforum.az ” xəbər verir ki, bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli radiolarla bağlı keçirilən monitorinqlərə münasibət bildirərkən deyib.

N.Məhərrəmlinin sözlərinə görə, bununla bağlı tədbir keçiriləcək və monitorinqin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

MTRŞ sədri bildirib ki, tək Azərbaycanda deyil, ümumiyyətlə bütün dünyada teleradio verilişlərinin keyfiyyəti aşağı düşüb: “Bütün dünyada daha çox şou xarakterli verilişlər üstünlük təşkil edir və bu hal Azərbaycanda da özünü göstərir. Teleradio məkanında görüləsi işlər çoxdur, yəni keyfiyyətli verilişlərə ictimaiyyətin böyük ehtiyacı var. Çox təəssüf ki, hələki bu problemlər mövcuddur və hesab edirəm ki, birlikdə biz bu işlərin öhdəsindən gələcəyik”.

Qeyd edək ki, MTRŞ tərəfindən radiolarla bağlı monitorinq keçirilib. Monitorinqlər zamanı özəl radioların efirində maarifləndirici layihələrin azlığı diqqəti cəlb edib. Özəl radiokanalların proqram yayımında əsasən əyləncəli verilişlərə, musiqiyə yer verilir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …