Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Radikalizmə qarşı mübarizədə avtobus turu keçirilir – FOTOLAR

Radikalizmə qarşı mübarizədə avtobus turu keçirilir – FOTOLAR

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) və PH International təşkilatının dəstəyi ilə reallaşan “Yerli İcmaların İmkanlarının artırılması Təşəbbüsləri” layihəsi çərçivəsində 23-25 may tarıxıində Azərbaycan bölgələrinə “Bura Sənindir” şüarı ilə avtobus turu təşkil edib. Newscenter.az xəbər verir ki, turda məqsəd radikalizmə və eləcə radikal qruplara qarşı mübarizənin gücləndirilmək və bu sahədə əhalinin maarifləndirilmək olub.

CESD-nin sədri Vüqar Bayramov görüşlərin məqsədi barədə icma üzvlərini məlumatlandirib. Millət vəkili Tahir Mirkişili radikalizmə qarşı mübarizədə gənclərin roluna və eləcə də təhsil məsələlərinə xüsusi diqqət ayırıb.
Görüşlərdə İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul radikalizmə qaşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.

Sosial Strateji Araşdırmalar Mərkəzinin sədri İlqar Hüseynli isə fərqli ölkələrin təcrübəsi və eləcə də icmalarin prosesdə rolu barədə ətraflı məlumat verib.

Leqal Təşəbbüslər Mərkəzinin sədri Ziya Quiyev də icmaların bu prosesdə rolunun artırılması məsələlərinə toxunaraq gender məsələlərinin nəzərə alınması vacibliyini bildirib.

Daha sonra hər bir görüşdə iştirakçıların fikirləri dinlənilmiş və onların sualları cavablandırılıb.

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …