Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Rəşad Məcidə daha bir cavab AYB üzvü Tural Turandan gəldi

Rəşad Məcidə daha bir cavab AYB üzvü Tural Turandan gəldi

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidə daha bir cavab sədrliyə namizəd, gənc yazar Tural Turandan gəlib.

Tural Turan Rəşad Məcidin özü də daxil olmaqla daha iki yazarla bağlı dediyi fikirləri cavabsız qoymayıb.

T.Turan öncə bildirib ki, nöqsanlardan danışmaq, alternativ olmaq tərbiyəsizlik deyil: “Hörmətli Rəşad müəllim! Biz (öz adımdan danışıram) göstərdik ki, şəxsiyyətə rişxənd, ironik gülüş (yazıda, müsahibədə olsa belə) qəbuledilməzdir və cavabsız qalmır. Təhqirsiz, layiqli cavab verdik (yenə öz adımdan danışıram). Sadəcə olaraq, üzvü olduğumuz qurumdakı nöqsanlardan danışdıq. Xalq, cəmiyyət hər şeyi gördü və oxudu. Elin gözü tərəzidir. İdarəçiliyi qınamaq yekəxanalıq deyil. Nöqsanlardan danışmaq, ən əsası, alternativ olmaq tərbiyəsizlik deyil. Kim tərbiyəsizlik kimi başa düşürsə, səmimiyyətinə şübhə edirəm…

Biz(!) Anarın ədəbiyyat qarşısındakı xidmətlərinə toxunaraq onun gördüyü işləri, əsərlərini yüksək dəyərləndirdik. Şəxsiyyətinə (şəxsiyyətimizə toxunmayacaq səddə, sərhəddə qədər) güldən ağır söz demədik (!!). Məgər idarəçilikdəki nöqsanları görüb gizlətmək, sədrin sənətdəki böyüklüyünə bağışlamaq (?) tərbiyə nümunəsidir? Cəmiyyət, ictimaiyyət də bizdən məhz bunu gördü!!!”

T.Turan eyni zamanda bildirib ki, bu bütün elitar və qeyri-elitar oxucu kütləsinin qarşısında baş verdi: “Sayğılı Anar müəllimin müsahibəsi də, bizim cavablarımız da. Özü də ədəb-ərkan, etik çərçivədə… Baş verənləri propoganda üçbucağına salmaq gərəksiz və mənasızdır. Biz (!!!) Anar müəllimin yaxşı idarəçi bütünü dağıtdıq. Sübutlarla, faktlarla… Ən nəhayət, biz (yenə də öz adımdan) Anar müəllimi, eləcə də klassikadan üzübəri hər kəsi oxuyur, eyni zamanda hazırkı Azərbaycan ədəbi prosesində baş verən bütün hadisələri izləyirik… Anar müəllimdən fərqli olaraq (özü son müsahibəsində deyib). Ürəyimiz təmiz, tərbiyəmiz yerində, idarəçilik bacarığımız, özgüvənimiz olmasaydı AYB sədrliyinə namizəd olmazdıq (!!!!).”. Musavat.com

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …