Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Rəqqasə: “Səhv həyat yoldaşı seçib yanmışam…”

Rəqqasə: “Səhv həyat yoldaşı seçib yanmışam…”

Rəqqasə Fatimə Fətəliyeva xınayaxdı biznesindən danışıb. Jurnalistlərin suallarına cavab verən rəqqasə sözügedən sahədə durğunluq olduğunu deyib: “Komandam ilə gözəl məclislər təşkil edirik. Lakin devalvasiyadan sonra yaranan durğunluq hələ də davam edir. Xına məclisi keçirənlərin sayı kəskin azalıb. Bəziləri düşünə bilər ki, Fatimə “ağlayır”. Amma reallıq budur”.

Fətəliyeva qızı Aydanın ailə qurmasını istədiyini də dilə gətirib: “Qızımın 21 yaşı var, onu ərə verməyə hazırlaşıram. Allah qoysa, toyuna bütün medianı dəvət edəcəyəm. Onu ətrafdakı bütün pisliklərdən qorumuşam, Beynəlxalq Əlaqələr fakültəsində təhsil alır. Seçdiyim məsləhət gördüyüm, bəyə ərə verəcəyəm. Seçiminə müdaxilə edəcəyəm, mən səhv həyat yoldaşı seçib yanmışam, istəmirəm balam da yansın. Qızımın ürəyində yatan yoxdur. Mən kimi seçsəm, onunla ailə quracaq”.

Rəqqasə kürəkən namizədində istədiyi nüansları da sadalayıb: “Əvvəla işi-gücü, evi olmalıdır. Amma kürəkənim şou-biznes nümayəndəsinə qızımı vermərəm. Kürəkənim səfirlikdə işləyə bilər”.

Musavat.com

Həmçinin oxuyun

ABŞ general Hikmət Mirzəyevə sanksiya tətbiq etmək İSTƏYİR

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır.  …

Bir cavab yazın