Ana səhifə / “Rəqiblərin adlarını eşidəndə adam həyəcanlanır” – “Qarabağ” rəsmisi

“Rəqiblərin adlarını eşidəndə adam həyəcanlanır” – “Qarabağ” rəsmisi

“Türkiyədəki qardaşlarımıza səslənirəm, hamısına təşəkkür edirəm. Avrokuboklardakı səfər oyunlarında bizi dəstəksiz qoymurlar”.

Azinforum.az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş meneceri Asif Əsgərov deyib.

Çempionlar Liqasının qrup mərhələsinin dünən baş tutan püşkatma mərasimindən sonra Əsgərov Türkiyənin Anadolu Agentliyinə açıqlama verib.

O, “Qarabağ”ın ölkə xaricindəki bütün oyunlarında türkiyəli və azərbaycanlıların qardaşlığını gördüklərini, Çempionlar Liqasının qrup mərhələsində də dəstək gözlədiklərini bildirib: “Kopenhagen”lə səfər matçına da çoxlu türkiyəli qardaşımız gəlmişdi. “İki dövlət, bir millət” olduğumuzu hər yerdə sübut edirik. Qrupdakı böyük oyunlarımızda da onlardan dəstək gözləyirik. Sağ olsunlar, bu vaxta qədər bizi dəstəkləyiblər. Qarşıdakı 3 görüşdə də bunu davam etdirəcəklərinə inanıram. İnşallah, biz də onları sevindirməyə çalışacağıq”.

Əsgərov “Qarabağ”ın uğuruna toxunaraq, Azərbaycan futbol tarixinə düşdükləri üçün şad olduğunu qeyd edib: “Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq idi. Hazırda bunun sevincini yaşayırıq. Qrupda “Atletiko”, “Çelsi” və “Roma” ilə qarşılaşacağıq. Bu komandaların adlarını eşidəndə adam həyəcanlanır. Bacardığımız qədər Azərbaycanı, klubumuzu daha yaxşı yerlərə aparmağa çalışacağıq”.

“Qarabağ” rəsmisi söhbət əsnasında Türkiyənin Çempionlar Liqasındakı təmsilçisi “Beşiktaş”a uğur arzulayıb.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın