Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Rəhim Qazıyevin papağını kim hədiyyə edib? – Hafiz Hacıyev danışdı

Rəhim Qazıyevin papağını kim hədiyyə edib? – Hafiz Hacıyev danışdı

Azərbaycanın sabiq  müdafiə naziri Rəhim Qazıyevin 90-cı illərin əvvəllərində cəbhə hakimiyyətə xəyanət etməsi barədə zamanla mətbuatda yazılar gedib.
Sonralar “Rusiyanın adamı” hesab olunan Rəhim Qazıyevlə bağlı maraqlı bir iddia da ortaya atıldı. Bildirilirdi ki, R.Qazıyevin başına qoyduğu buxara papaq ona nazir olduğu vaxtlarda Rusiya hakimiyyəti tərəfindən hədiyyə edilib. Bəs bu günlərdə yenidən medianın gündəminə gələn eks-müdafiə naziri barədəki iddia nə qədər doğrudur?
Vaxtilə AXC hakimiyyətdə təmsil olunmuş keçmiş “Azərbalıq” Dövlət Konserninin sabiq sədri, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Rəhim Qazıyev heç bir uğurlu layihəyə imza ata bilməyib.
“Rəhim Qazıyev Elçibəy hakimiyyətinə xəyanət edən bir adam olub. Qiyamçı Sürət Hüseynovla bir yerdə dayanıb. Rəhim Qazıyev Azərbaycanda separatizmin çiçəklənməsinə rəvac verən biridir. “Talış Muğan Respublikası”nın yaradılmasında əli olan insandır. Azərbaycanın bəzi rayonlarının işğal olunması ərəfəsində “özümü öldürəcəyəm” ifadəsi ilə gündəmə gələn birisinin hansısa uğurlu işi yoxdur ki, danışaq.
Hər halda Rəhim Qazıyev Rusiya kəşfiyyatına işləyən bir insan olub. Həmin dövrlərdə də biz bunun şahidi olmuşuq, maliyyə köməyi olmasına baxmayaraq, pulları hərbə vermədi, apardı haradasa gizlətdi, sonra da nəyəsə nail ola bilmədi. Çox güman ki, o, indi də rus kəşfiyyatına çalışır.
Başındakı buxara papağı o vaxtdan qoyur. Od olmasa, tüstü çıxmaz . Yəqin nəsə olub ki, belə danışırlar”.(modern.az)

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …