Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / “Rəhim Qazıyevin keçmiş kürəkəni maşının təkərlərini deşdiyini etiraf edib…”

“Rəhim Qazıyevin keçmiş kürəkəni maşının təkərlərini deşdiyini etiraf edib…”

Keçmiş Müdafiə naziri Rəhim Qazıyevin ailəsi keçmiş kürəkəni Ramil Əzizov tərəfindən təhdid olunur. Virtualaz.org xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı məlumat paylaşıb.

O bildirib ki, Şəbnəm Əzizova əri Ramil Əzizovdan ayrılıb və bundan sonra Ramil Şəbnəmi və R.Qazıyevin digər ailə üzvlərini narahat etməyə başlayıb. Hətta Şəbnəmin qonşularını, iş yoldaşını da hədələyib. R.Qazıyevin evinin qarşısında onun digər qızı Aytənin maşınının təkərlərini bıçaqla deşib və bu anlar təhlükəsizlik kamerasında qeydə alınıb. Polisə müraciət edildikdən sonra R.Əzizov saxlanılsa da, qısa müddət ərzində sərbəst buraxılıb.

R.Əzizov həmçinin Rəhim Qazıyevin evinə gələrək mənzilin qapısını sındırıb. Bu dəfə də “102” qaynar xəttinə şikayət edildikdən sonra saxlanılan Əzizov yenə azadlığa buraxılıb.

Şəbnəm Əzizova keçmiş həyat yoldaşının bu hərəkətlərindən bezdiyini, intihar həddinə çatdığını deyib: “Heç nəyini istəmirəm, bircə məndən əl çəksin. Qorxuram, addım ata bilmirəm. Az qalıram, iki uşağımı da, özümü də zəhərləyib öldürəm”.

Problemlə bağlı Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxladıq. İdarənin mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, Rəhim Qazıyevin övladlarına məxsus avtomobilin şinlərinin kəsilməsi ailə münaqişəsi zəminində baş verib. Sosial şəbəklərdə polisin faktla bağlı tədbirsizliyi ilə bağlı yayılan məlumatlar əsassızdır. 

Yasamal rayonunda Ş.Əzizova və A.Qazıyevanın birgə idarə etdikləri avtomobilin şinlərinin kəsilməsi ilə bağlı fevralın 1-də 102 Xidməti Zəng Mərkəzinə müraciət daxil olub. Həmin müraciət üzrə Yasamal RPİ 28-ci Polis Bölməsində aparılan araşdırma zamanı izahatı alınan Ramil Əzizov keçmiş yoldaşı Ş.Qazıyeva ilə boşandıqdan sonra iki azyaşlı övladını ona göstərmədiyi üçün avtomobilin şinlərini dəmir parçası ilə kəsdiyini bildirib”, – məlumatda qeyd olunur

İdarədən həmçinin qeyd olunub ki, Yasamal RPİ 28-ci Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …