Ana səhifə / Aktual / Rəhim Qazıyev ev dustaqlığına buraxıldı

Rəhim Qazıyev ev dustaqlığına buraxıldı

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan sabiq Müdafiə naziri Rəhim Qazıyev ev dustaqlığına buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, Səbail rayon məhkəməsinin hakimi Şəhla Süleymanova Rəhim Qazıyev barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatəti təmin edib:

“Ev dustaqlığı qətimkan tədbirinin müddəti 13 noyabr 2020-ci il tarixinədək müəyyən edildi”.

Xatırladaq ki, R.Qazıyev Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri təqsirli bilinərək saxlanılıb. Səbail rayon məhkəməsinin qərarı ilə R.Qazıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, 2020-ci il iyulun 12 və 13-də sabiq Müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxribatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb. Azərbaycanın müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …