Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Rəfael Hüseynovdan təklif: “Gerb” əvəzinə, “herb” yazılmalıdır”

Rəfael Hüseynovdan təklif: “Gerb” əvəzinə, “herb” yazılmalıdır”

“Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi müzakirə olunarkən çıxış edən Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov dedi ki, dilimizdə “gerb” əvəzinə, “herb” yazılmalıdır.

Onun sözlərinə görə, AXC hakimiyyəti dövründə üç dilimli ocağ təsviri gerb kimi qəbul edilib və orada “Allah” sözü əksini tapıb.

Bildirdi ki, biz rusca “gerb” yazırıq, amma herbimizdə Allah sözünü əks etdiririk. “Ona görə də müsabiqə elan edilməlidir. Bizim dövlətimizə yaraşan herbimiz qəbul olunmalıdır. Arzu edirəm ki, çox yaxın zamanda himnimizin də, herbimizin də daha normal variantını ortaya qoyaq. Biz bayrağımıza, himnimizə, herbimizə bir də qayıtmalıyıq. İkinci yüzülün lap başlanğıcında milli simvollarımızın dövlətimizə layiq formasını qəbul etməliyik”-R.Hüseynov bildirdi.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …