Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / “Rədd ol get tutduğun vəzifədən” – Müğənni icra başçısını sərt TƏNQİD ETDİ

“Rədd ol get tutduğun vəzifədən” – Müğənni icra başçısını sərt TƏNQİD ETDİ

Tanınmış müğənni Vüqar Muradov Qax rayon İcra başçısı Musa Şəkiliyevi sərt tənqid edib.

Unikal.org xəbər verir ki, o, bu barədə şəxsi “Facebook” hesabındakı paylaşımında bildirib.

“Qaxın İcra başçısı Musa Şəkiliyev, ya Qax camaatına dəyər ver, problemlərini həll et, şəhidin ailəsinə, qazilərə sahib çıx, ya da şələ-şüləni yığışdır, rədd ol get tutduğun vəzifədən. Sən oğullarını müharibədə gizlətdin, amma Sadiq canını qoydu vətən uğrunda. Sən qaxlıların bir nömrəli düşmənisən. Sənə bütün qaxlılar nifrət edir. Şəhidimin ayaqqabısında olan qeyrət sənin… “Əvvəl necə kasıb yaşamısınız, indi də elə yaşayın”. Bu sözü yataqxanada ailəsi, üç uşağı qalan şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinə deyib bu meşəbəyi Musa. Ağıllı ol Musa, ağıllı ol. Prezidentin şəhid ailələrinə, qazilərə ayırdığı pulları yemisən, üstündən su içmisən. Zəhər edərik sənə yediklərini. DTX bir zəhmət bu Musayla görüşün. Sizə güvənirik.”

Xatırladaq ki, Vüqar Muradov 44 günlük Vətən savaşında ön cəbhədə könüllü olaraq xidmət göstərib.

Xatırladaq ki, Musa Şəkiliyev bu vəzifəyə 11 il əvvəl təyin olunub.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …