Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Rəsulzadənin üçüncü barelyefi – Bu dəfə təkcə adı saxladılar (FOTO)

Rəsulzadənin üçüncü barelyefi – Bu dəfə təkcə adı saxladılar (FOTO)

Novxanıda oğurlanandan sonra yenisi hazırlanaraq yerinə asılan və səhvlərə görə qınanılan barelyefin ikincisi düzəldilib.

“Qafqazinfo” xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin yeni barelyefində səhv yazılmış hissələr çıxarılıb. Lövhədə sadəcə “Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” cümləsi qeyd olunub.

Xatırladaq ki, sosial şəbəkələrdə yeni xatirə lövhəsində yol verilən ciddi nöqsanlar geniş müzakirələrə səbəb olmuş, xeyli qınanmışdı. Belə ki, lövhədə Azərbaycan Demokratik Cümhuriyyəti və ya Azərbaycan Xalq Cümhuriyyəti sözlərinin əvəzinə Azərbaycan Dövlət Cümhuriyyəti, M. Rəsulzadə isə onun rəhbəri kimi qeyd olunmuşdu.

Bundan başqa, AXC liderinin adı da səhv yazılmışdı.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …