Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / RƏSULZADƏNİ TƏHQİR EDƏN DEPUTATIN  AMİP-lə HANSI ƏLAQƏSİ OLUB?

RƏSULZADƏNİ TƏHQİR EDƏN DEPUTATIN  AMİP-lə HANSI ƏLAQƏSİ OLUB?

Azinforum.az xəbər verir ki, Gəncədən deputat seçilən Naqif Həmzəyevin Məhəmməd Əmin Rəsulzadə barədə səsləndirdiyi fikirlər  ətrafında yaranan ictimai narazılıq kütləvi xarakter alıb. Sosial şəbəkələrdə deputat işlətdiyi fikirlərə görə ciddi ictimai qınaqla qarşılaşıb. Hətta vəziyyət o həddə çatıb ki, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis bəy deputatı məhkəməyə verəcəyini bildirib.  Narazılığın artdığını görən millət vəkili  açıqlama verərək, bütün günahı məqaləni yazan “Yeni Müsavat”ın xanım müxbirinin üzərinə yıxmaq istəyib:
“Orada xanım jurnalistin təqdim etdiyi kimi, təhqiredici ifadələrdən qəti istifadə olunmayıb. Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib. Səsləndirmədiyim əksər fikirləri mənim adımdan verib. Çox təəssüflər…”.

 “Yeni Müsavat”ın yazdığına görə, Naqif Həmzəyev qəzetin əməkdaşına Rəsulzadənin vətən xaini adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb.
Naqif Həmzəyevin “Rəsulzadə yaxşı kişi olsaydı arvadına sahib çıxardı” sözlərini işlətdiyi də bildirilir. 

Azinforum.az Natiq Həmzəyevin keçmişi ilə maraqlanıb. Məlum olub ki, millət vəkili bir müddət Azərbaycanda siyasətlə məşğul olan  rusiyalı general İlqar Qasımovla yaxın münasibətdə olub. Onun keçmişdə   Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) ilə də yaxın münasibətdə olmasına dair məlumatlar dolaşır. Azinforum.az bu istiqamətdə apardığı araşdırma nəticəsində müəyyən edib ki,

Naqif Həmzəyev AMİP-in rəsmi üzvü olmasa da, 2002-2003-cü illərdə partiyanın mətbu orqanı olan “Millət” qəzetində çalışıb.

eli

Məlumatı dəqiqləşdirmək üçün “Millət” qəzetinin baş redaktoru Əli Orucovla əlaqə saxladıq. Baş redaktor Naqif Həmzəyevin deyilən müddətdə “Millət” qəzetində çalışdığını bildirdi:

“Həmin vaxt qəzetin baş redaktoru Əflatun Quliyev idi. Mən baş redaktorun müavini olmuşam. Elə bilirəm ki, Naqif bəyin bizdə işləməsi onun üçün utanc yox, fəxr sayıla bilər.  Həmin adam mənim yadımda  sakit və mədəni gənc kimi qalıb. Onun öndər Məhəmməd  Əmin Rəsulzadə haqqında təqiramiz və sərt ifadələr işlətməsinə inanmıram”.

Çinarə SEYİDOVA

Azinforum.az

 
 
 

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT

Bir cavab yazın