Bazar , Fevral 24 2019
Ana səhifə / Aktual / “Rəsul Rzanın təhqiqatını görün kim öz adına çıxmaq istəyir” – Jurnalistdən müğənniyə sərt REAKSİYA

“Rəsul Rzanın təhqiqatını görün kim öz adına çıxmaq istəyir” – Jurnalistdən müğənniyə sərt REAKSİYA

Əməkdar jurnalist Rəhman Orxan müğənni Afət Fərmanqızının dahi şair Nəsiminin sözlərinə oxuduğu “Pəncu şeş” adlı mahnısına sərt reaksiya verib. Moderator.az-ın məlumatına görə, qocaman həmkarımız sosial şəbəkədə qəzəbini belə ifadə edib:
“Afət Fərmanqızı adında yeni peyda olmuş bir müğənni (25 il əvvəl də özünü Nazpəriyə oxşadaraq, şəklini şokolad korobkalarına yapışdırtdıran qız).
Gör nə günə qalmışıq ki, Afət adlı bir müğənni sinəsini qabağa verərək iddia edir ki, dahi İmaddədin Nəsiminin məşhur qəzəlindəki “Məndə sığar iki cahan” misrasında “iki”nin “ikən” olduğunu guya, o aşkar edib. Buna heç kəsin şübhəsi yoxdur ki, “…sığar İKƏN” Afətin düşüncəsinin “məhsulu” deyil və ola da bilməz. Bunu hələ 40 il əvvəl (onda o qız yəqin ki dünyaya təzəcə gəlmişdi) İraqda olarkən görkəmli şairimiz Rəsul Rza araşdırıb və ilk dəfə məhz o bildirib ki, Nəsimi dövrünün xəttatlarından birinin ərəb əlifbası ilə köçürdüyü həmin qəzəldə yol verilmiş “kiçik” bir səhvin – bir nöqtənin əskik düşməsi ilə “ikən” sözü “iki”yə çevrilib və uzun müddət məhz o cür oxunub. Və ilk dəfə olaraq məhz Rəsul Rza İraq səfəri zamanı aşkara çıxarıb və sübut edib ki, Nəsimi “Məndə sığar ikən cahan” deyib, “…iki cahan” yox.
Yəni ki, Afət, bu, sənin yox, Rəsul Rzanın 40 il əvvəlki araşdırmasının nəticəsidir. “…İkən”in müəllifliyini öz üzərinə götürməyə sənin haqqın, hüququn yoxdur. “Kəndini” “çoxbilmiş”, birinci hesab edib, özünü nahaqdan reklam etmə!”.

Qeyd edək ki, müğənni Afət Fərmanqızının dahi Nəsiminin sözlərinə oxuduğu “Pəncu şeş” adlı həmin mahnı ictimaiyyətin qəzəbinə səbəb olub.
Nəsiminin qəzəlini hind musiqisi ilə sintez edərək, mahnıya xanım müğənni  sosial şəbəkə istifadəçilərinin tənqidlərinə tuş gəlib.
A.Fərmanqızı isə haqqında söylənilən tənqidlərə belə cavab verib: 
“Nəsimi özü yuxuma girdi və qəzəli mahnıya çevirməyi təklif etdi. İdeyanı rəhmətlik özü verdi. Nəsimi özü mənə icazə verdikdən sonra siz kimsiz?”.

Həmçinin oxuyun

Xoşqədəm məhkəməni uddu — Nazilə Səfərli üzr istəyib təzminat ödəyəcək

Şairə Nazilə Səfərli ilə Xoşqədəm Hidayətqızı arasında aylardır davam edən məhkəmə prosesi başa çatıb. Azinforum.az …