Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / RƏSUL QULİYEV TURQUT ƏRİ AŞAĞILADI– ONA PSİXİ XƏSTƏ, “PEŞKA” DEDİ

RƏSUL QULİYEV TURQUT ƏRİ AŞAĞILADI– ONA PSİXİ XƏSTƏ, “PEŞKA” DEDİ

Hazırda ABŞ-da yaşayan Azərbaycan Parlamentinin sabiq spikeri Rəsul Quliyev tanınmış türk diplomatı Turqut Ərin onun barəsində səsləndirdiyi ittihamlarına sərt üslubda cavab verib. Azinforum.az Türqut Ərin də cavab haqqını tanımaqla Rəsul Quliyevin fikirlərini zəruri redaktələrlə təqdim edir:

tur

“Mənim  müsahibəmlə  əlaqədar “Yeni Müsavat” qəzeti Turqut Ər adlı cılız birisindən ”cavab”  müsahibəsi götürüb. Sözsüz mənim həmin  sərsəm  müsahibəyə  cavab vermək niyyətim yox idi. Çünki bir neçə il bundan öncə, onun yuxuda gördüyü rəvayətlərlə, yalanlarla dolu yazılarını oxumuşdum.  Əminəm ki, bu insanın psixikası qaydasında deyil.  Çox güman ki, bu insan uşaqlığında və ya gənc yaşlarında hansısa bir streslə rastlaşıb. Onu dahi psixoanalitik Freydin “kliyentləri” sırasına aid etmək olar. Yəni beynində formalaşmış istənilən bir fantaziyanı real hadisə kimi təqdim edənlərdəni. Bu tip adamları daim müalicə etmək lazımdır. Ancaq hörmət etdiyim dostlarımdan biri ona cavab verməyi xahiş etdiyinə görə,  bu cavabı yazdım.

Həmin Turqut Ər verdiyi ”cavabında ” nəinki bir cümlə, heç bir söz belə düz deyil. Səfir Karamanoğlunun qələmgüzarı olan bu şəxs onunla birlikdə bir neçə dəfə mənim qəbulumda olub. Səsini belə eşitməmişəm, oturub qələmgüzarlığın edirdi. İndi elə danışır ki, sanki Azərbaycanın bütün sirlərini bu ”kişi ” kimi bilən yoxdur. Bu insan deyir ki, R.Guliyev Tansu Çillərlə telefonla danışsaydı arxivdə olardı. Sözün əsl mənasında xəstədir.  Mən, heç bir yerdə Tansu Çillərlə telefonla danışdığımı deməmişəm.  Türkiyədə çüzi bir çəkisi belə olmayan, heç kimin tanımadığı bu şəxs özünü Azərbaycanlılara ölkəsinin liderlərindən biri kimi təqdim edir ve deyir ki,  deyəsən, R.Quliyev bilmir Türkiyə hansı dövlətdir, əgər o istəsəydi Azərbaycanda dövlət çevrilişi edərdi.  Görünür, T.Ər Osmanlı imperiyası ilə indiki Türkiyəni səhv salıb. Bu tip fantaziya ilə yaşayanlarda keçmişlə bu günü və ya gələcəyi səhv salmaq adi haldır. Türkiyə belə qüdrətli olsaydı 1992-ci ilin mayında Mütəllibovu hakimiyyətə gəlməyə qoymazdı, 1993-cü ildə Rusiyaya S.Hüseynov kimi dövlət çevrilişçisi yetişdirməyə imkan verməzdi. Ən nəhayət, Türkiyə qonşusu Suriyada 4 ildir xalqını qıran Bəşir Əsədi dəyişməyə nail olardı, rus qoşunlarının bu ölkəyə girməsinə imkan verməzdi.

 

Nağılçı Turqut Ərdən həm keçmişdə yazdıqlarına, həmdə son ”şah ” əsərindəki böhtanlara görə üzr istəməlisən tələb etməyin əhəmiyyəti yoxdur. Çünki o adekvat adam deyil, psixoz vəziyyətindədir. Bu adamın “R.Quliyev az qala dünyanın bir nömrəli korrupsioneridir” bağırmasını ancaq düşdüyü psixoz vəziyyəti ilə izah etmək mümkündür. Yoxsa bu adam düşünərək danışar. Məsələn, bu iddiasına görə,  cənab Turqut yaxasından tutub soruşsalar dediklərini  sübut edən bir fakt ortaya qoya bilməz. Mart hadisələri ilə əlaqədar dövlət çevrilişi cəhdini elə həyasızlıqla müdafiə edir ki, onun özünün də həmin  işin içərisində olduğuna heç bir şübhə qalmır. Bəli,  o, Fərman Dəmirqol bu çevriliş əməliyatının iştirakçıları idi. Ancaq türk hökuməti Turqut bəyin nəyə qadir olduğunu bildiyindən ona heç “peşka” rolunu da verməmişdi. “Yeni Müsavat” kimi bir qəzetin belə yalançı , böhtançı  və heç bir çəkisi olmayan cılız birisindən mənim dediklərimi təkzib etməsi üçün müsahibə  götürməsini isə, onlara yaraşdırmıram”.

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın