Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Rəsmi şəxslər qala divarlarından danışır – Yenilənir

Rəsmi şəxslər qala divarlarından danışır – Yenilənir

“İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi Qala divarlarının bir hissəsinin sökülərək yerində restoran tikilməsi ilə bağlı bir neçə gündür mediada və ictimaiyyət arasında ciddi müzakirə olunan məsələ ilə bağlı mətbuat konfransı keçirir.

“Qafqazinfo” xəbər verir ki, mətbuat konfransında idarənin aparat rəhbəri Riad Qasımov iştirak edir.

‌R. Qasımov bildirib ki, hazırda “İçərişəhər”  Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən  Kiçik Qala küçəsində , Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilir: “Bu təmir işləri əsla tikinti mahiyyəti kəsb etmir. Sadəcə qonaqlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədilə aparılan rekonstruksiya işlərindən ibarətdir.  Həmin ərazidə yerləşən ictimai iaşə obyektləri artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddətdə obyektlər təmir edilməyib.

Ona görə də qonaqlara keyfiyyətli servisin göstərilməsi, onların rahatlığının təmin edilməsi, avadanlıq və dizayn baxımından müasir standartlara uyğunlaşdırmaq kimi məqsədlərə əsaslanan təmir işləri zəruridir. Bu üslubda təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl gətirir.

Sosial şəbəkələrdə 2011-ci ilə aid şəkillər paylaşılır. Qeyd edim ki, bunlar təxribat xarakterli paylaşılan şəkillərdir. Bunlar müxalif qüvvələrin təxribatıdır. Hər dəfə ölkədə mühüm əhəmiyyətli tədbirlər keçiriləndə belə hallar baş verir. Təbii ki bu təxribatlar keçməyəcək. Burada yaşayan sakinlər və turistlər bunun şahidi ola bilər”.

Medianın əraziyə buraxılmaması ilə bağlı məsələni də Riad Qasımov cavablandırıb:

“Sözügedən ərazidə konstruktiv işlər aparılır. Bizə müraciət edən KİV nümayəndələrini ora buraxsaq, onda biz işləri dayandırmalı olacağıq. Rəsmi olaraq müraciət etsələr, növbəti dəfə təşkil olunan turda digər media təmsilçilərini də buraxa bilərik”.

Həmçinin oxuyun

«Akkord»un rəhbəri dəyişdi – YENİ TƏYİNAT