Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / Rəsmi qurum Aslan İsmayılovu saxtakarlıqda ittiham edir: “Dövlət qurumlarının gördüyü işə öz adını yazmaqla…”  

Rəsmi qurum Aslan İsmayılovu saxtakarlıqda ittiham edir: “Dövlət qurumlarının gördüyü işə öz adını yazmaqla…”  

Səbail Rayon İcra Hakimiyyəti hüquqşunas Aslan İsmayılov tərəfindən Bayıl yamacında park salma ilə bağlı apardığı kampaniyaya aydınlıq gətirib.  İcra Hakimiyyəti tərəfindən yayılan məlumatda hüquqşunas saxtakarlıqda ittiham edilir. Qeyd edək ki, İcra Hakimiyətinin rəsmi mövqeyini əks etdirən məlumat (sabail-ih.gov.az) saytında da yerləşdirilib.  Azinforum.az həmin məlumatı təqdim edir:

“Vəkil Aslan İsmayılovun sosial şəbəkədə Bakı şəhərinin mərkəzində park salması ilə bağlı paylaşdığı video müraciətinə cavab:

Hörmətli media nümayəndələri, bildiririk ki, sözügedən məlumat Səbail Rayon İcra Hakimiyyətində böyük təəccüb doğurub:

Aslan ismayılov vaxtı ilə sürüşmə baş vermiş Bayıl yamacında park saldığını və burada ağaclar əkdiyini göstərir. Hamıya yaxşı məlumdur ki, 2016-cı ilin sonlarından etibarən ölkə başçısı İlham Əliyevin tərəfindən Şıx yamaından Bayıl yamacı istiqamətində böyük sahəni əhatə edən ərazidə yaşıllıqlar zonası və meşə zolağının yaradılması barədə tapşırıqlar verib. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər və Səbail Rayon İcra Hakimiyyətləri tərəfindən ilkin mərhələdə «Şıx» yamacında böyük “Ekoloji park” yaradılıb, təkcə Səbail RİH tərəfindən burada 80 mindən çox müxtəlif ağac əkilib və damcı üsulu ilə ağaclara qulluq göstərilir. Lazımi qulluq nəticəsində ağacların hamısında inkişaf gedir. Qeyd olunmalıdır ki, 10 minlərlə ha ərazini əhatə edən bu yaşıllıq ərazisi prezidentin hakimiyyəti illərində salınmış ən böyük yaşıllıq ərazilərindən biridir.
Mövsüm ərzində həmin ərazilərdə əkilən ağacların sayının ilbəil artırılaraq Bayıl yamacına kimi böyük bir ərazini əhatə olunması nəzərdə tutulmuş və hazırda bütün ərazidə ağaclara qulluq göstərilməsi işlər gedir.

 

 

Aslan İsmayılovun yayımladığı video materialadakı görüntülərdən aydın bilinir ki, burada işlələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları aparır. Yəqin ki, Aslan İsmayılov dövlət qurumları tərəfindən ərazidə aparılan geniş miqyaslı işlərə öz adını yazmaqla özünü gündəmdə saxlamağa çalışır və prezidentin rəhbərliyi ilə aparılan geniş miqyaslı işlərə özünü əlavə etmək istəyir. Bu da bizdə böyük təəccüb hissi doğurur”.

Azinforum.az bildirir ki, Aslan İsmayılov sosial şəbəkələrdə  oğlu Vaqifin toyu münasibəti ilə “İntourist” mehmanxanasının yuxarı hissəsində öz vəsaiti hesabına park saldığını  və parkın adını “Vaqif & Gülyaz” adlandırdığını yazıb.  Aslan İsmayılov bununla bağlı status  da yazıb: “Oğlum Vaqifin toyu münasibəti ilə “Intourist” mehmanxanasının yuxarı hissəsində öz vəsaitim hesabına saldığım “Vaqif & Gülyaz” parkını və bu münasibətlə irəli sürdüyüm təşəbbüsü Sizə təqdim edirəm”.

M.MİRZƏ

Azinforum.az

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni təyinat – Kamran Əliyevi o əvəz etdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevin yerinə təyinat olub.“BakuPost”un …

Bir cavab yazın