Cümə axşamı , Fevral 25 2021
Ana səhifə / Aktual / RƏSMİ BAKIDAN ERMƏNİSTANA SƏRT XƏBƏRDARLIQ: “Erməni nazirin ərazilərimizə növbəti səfəri baha başa gələ bilər…”

RƏSMİ BAKIDAN ERMƏNİSTANA SƏRT XƏBƏRDARLIQ: “Erməni nazirin ərazilərimizə növbəti səfəri baha başa gələ bilər…”

“Bir daha vurğulayırıq ki, Ermənistanın dövlət rəsmilərinin Azərbaycanın ərazilərinə qanunsuz səfərləri qəbuledilməzdir”.

Mia.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin şərhində yer alıb.

Məlumatda qeyd olunub ki, rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına gəldikdə isə Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyini Ermənistan rəsmilərinə xatırlatmaq istərdik”.

Həmçinin oxuyun

Plastik qablara alternativ kimi ekoloyi təmiz, taxtadan hazırlanmış məişət əşyaları nümayiş etdiriləcək – Foto

“AftF” consulnig, ətraf mühitin mühafizəsi haqqında “Azərbaycan Respulikasının Qanunu”nda edilən dəyişikliklərə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinın …