Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Aktual / Rəşad Atakişiyevin ailəsi Əli Nağıyevə müraciət etdi

Rəşad Atakişiyevin ailəsi Əli Nağıyevə müraciət etdi

Xəbər verdiyimiz kimi, sosial şəbəkədə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb. Həmin profil vasitəsilə insanlardan maddi yardım istənilib. Bu məsələdən xəbər tutan pilotun ailəsi Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyinə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azvision.az -a MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, DTX rəisi Əli Nağıyevə ünvanlanan müraciətdə həmin şəxslərin tapılması xahiş edilib.

“Bu, həm şəhidi, həm də şəhidin ailəsini nüfuzdan salmaq məqsədi güdür. Pul dilənçiliyi həyata keçirdiyi üçün həmin şəxslər tapılaraq məsuliyyətə cəlb edilməlidir”.

Q.Hüseynli Müdafiə nazirinin də məsələdən xəbərdar olduğunu qeyd edib.

Həmçinin oxuyun

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür. “Report” xatırladır ki, Silahlı Qüvvələrin yaradılmasından 104 il …