Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / RƏQİBLƏRİNDƏN İMAN NAĞIYEVƏ AĞIR ZƏRBƏ – Oğlunun “Çexiya həyatı” atasına əngəl ola bilər!

RƏQİBLƏRİNDƏN İMAN NAĞIYEVƏ AĞIR ZƏRBƏ – Oğlunun “Çexiya həyatı” atasına əngəl ola bilər!

Bir neçə gün əvvəl “Strateq.az” saytında aprelin 19-da səlahiyyət müddəti başa çatan Ali Məhəkəmə sədri Ramiz Rzayevin postu uğrunda amansız bir rəqabətin başladığı haqda məlumat vermişdik. Bildirmişdik ki, Azərbaycan hakimiyyəti, nəhayət ki, çoxdan gözləniləni etməyə – ölkədə əksər problemlərin həllində açar rolunu oynayacaq ədalətli məhkəmə sisteminin formalaşdırılması yönündə ciddi addımlar atmağa qərar verib və aprelin 19-da səlahiyyət müddəti başa çatan Ali Məhkəmə sədri Ramiz Rzayevin vəzifəsinə təsdiqlənməməsi ilə başlayacaq bu proses məhkəmə sistemində çoxsaylı və fundamental dəyişikliklərlə müşayiət olunacaq. Onu da qeyd etmişdik ki, hazırda bu post uğrunda 3 əsas iddiaçının – Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev, Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin rəhbəri Əli Hüseynli və Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynovun tərəfdarları arasında ciddi bir rəqabət başlayıb.

Bu gün isə “Strateq.az” hakimiyyət içərisində neçə vaxtdır gedən bu rəqabətlə bağlı olduqca maraqlı informasiyalar əldə edib. Məlumatda deyilir ki, ölkə Prezidenti cənab İlham Əliyevin ötən həftə imzaladığı «Məhkəmələr və hakimlər haqqında» yeni fərman məhkəmə sistemində əhəmiyyətli dəyişikliklərin ilk anonsu kimi qəbul edilib və hakim korpusu arasında həm ciddi təşvişə, həm də amansız bir rəqabətin başlamasına səbəb olub: “Artıq hakim korpusu başa düşüb ki, siyasi hakimiyyət məhkəmə sistemində təkcə bu fərmandan irəli gələn vəzifələri yerinə yetirməklə – yeni ştatlar əlavə etməklə – kifayətlənməyəcək, həm də korrupsiyalaşmış  məhkəmə sədrlərinin daha təmiz və nisbətən gənc, təmiz reputasiyalı hüquqşünaslarla əvəzlənməsinə başlayacaq. Hazırda məhkəmə sistemində bulaşıq imicili kadrların əsas himayəçisi Ali Məhkəmə sədri Ramiz Rzayev olduğundan, onun vəzifəsinə təsdiqlənməməsi ehtimalı daha böyükdür. Məsələn, elə mediada son vaxtlar böyük səs-küy salmış iki işdə – “Lamiyə olayı”nda və eləcə də Binəqədi rayon Məhkəməsinin sədri və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevin məhkəmə prosesində ortaya çıxan faktlar bu sistemin necə iflic edildiyini bariz şəkildə ortaya qoydu. Bu faktların ortya çıxmasından sonra Ramiz Rzayevin vəzifəsində qalması mümkün görünmür. Çünki məhkəmə sisteminin bu rüsvayçı hala gətirilməsində Ramiz Rzayevin böyük məsuliyyət payı var. İndi Ramiz Rzayevi yalnız o halda yerində saxlaya bilərlər ki, onun postuna hamını qane edən uğurlu namizəd tapa bilməsinlər. Çünki hazırda mətbuata çıxmasa da, bu yer uğrunda çox amansız bir savaş gedir”.

Mənbəmizin sözlərinə görə, hazırda Ali Məhkəmə sədrliyi uğrunda yuxarıda adları çəkilən 3 nüfuzlu hüquqşünas deyil, daha çox iddiaçı rəqabət aparır: “Bu posta təkcə Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin deyil, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevin, həmçinin Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovun, eləcə də bir sıra rayon və şəhər məhkəmə sədrlərinin gətirilməsini arzulayan və bu yolda çalışanlar var. Arxalarında ciddi maliyyə və oliqarx dəstəyinin durduğu bu iddiaçılarla müqyisədə Əli Hüseynli və Lətif Hüseynovun şansı az görünür”.

Mənbəmizin iddiasına görə, hazırda rəqabət aparan məhkəmə sədrləri Prezident Administrasiyasına bir-birləri haqda “qara dosye” ötürməklə məşğuldurlar: “Əsas iddiaçı İman Nağıyev olduğundan, indi rəqibləri ona qarşı birləşiblər. İman Nağıyevi son günlərədək Ədliyyə naziri Fikrət Məmmədov müdafiə edirdi. Ancaq bir neçə gün əvvəl onun əleyhinə elə bir dosye hazırlanıb “yuxarlara” ötürülüb ki, çətin ki, nazir Fikrət Məmmədov onu xilas edə bilsin”.

Mənbənin dediyinə görə, rəqibləri İman Nağıyevi çox həssas bir yerindən – Çexiyada yaşayan oğlunun əliylə vurublar: “İman Nağıyevin əvvəllər diplomat olan oğlu Heydər Nağıyev işdən çıxaraq, bir xarici ölkə vətəndaşı ilə ailə həyatı qurub və Çexiyada yaşayır. Adi bir diplomatın komfort həyatı, Çexiyanın göbəyində birdən-birə bu qədər var-dövlət sahibi olması və böyük bir biznesə başçılıq etməsi diqqət çəkib. Rəqibləri “yuxarılara” çatdırıb ki, oğlunun bu biznesinin arxasında böyük pulların dövr etdiyi Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevin özü durur – Çexiyada bu qədər sərvətə sahib Heydər Nağıyevin atasının dəstəyi olmadan, belə  bir biznesə nail olması mümkünsüzdür. Deyilənə görə, bu məsələnin aşkarlanması “yuxarılar”da İman Nağıyevə qarşı böyük etimadsızlıq yaradıb. Faktiki olaraq, ortya çıxıb ki, o, illərdir bu ölkədə qazandığını məharətlə xaricə – “çirkli pullar”ın rahat yuyulduğu məkan sayılan Çexiyaya daşıyıbmış…”.

Qeyd edək ki, “Strateq.az”-a Heydər Nağıyevin facebook səhifəsində paylaşdığı şəkillər də təqdim edilib (https://www.facebook.com/heydar.naghiyev). Aşağıda onlardan bir neçəsini təqdim edirik:

 

iman-2.jpg

 

iman-3.jpg

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …

Bir cavab yazın