Ana səhifə / Aktual / “Rəmişi sağalda bilmədikləri üçün ona koronavirus diaqnozu qoydular“

“Rəmişi sağalda bilmədikləri üçün ona koronavirus diaqnozu qoydular“

“Nə Rəmiş, nə də mən koronavirusa yoluxmamışdıq. Rəmişi sağalda bilmədilər və ona koronavirus diaqnozu qoydular”.

Bu sözləri Unikal.org-a açıqlamasında mərhum sənətkarın həyat yoldaşı Güllü Hüseynova deyib. “Mən dəfələrlə bu barədə bildirmişəm ki, biz koronavirusa yoluxmadıq. Heydər Əliyev Fondu tərəfindən Rəmiş “Medika Hospital”da müalicəyə göndərildi. Son zamanlar Rəmişi yaxşı müalicə eləmədilər. Onu sağalda bilmədiklərini görüb, koronavirus olduğunu dedilər. Rəmişi itirdikdən sonra isə mənim də virusa yoluxduğumu bildirdilər. Bunları yayan həkim Nuranə Nəsirova olub. Mənə söz imkanı da vermədi ki onun yalanını üzə çıxarım. Amma əlimdə sənədlərim var. Rəmiş koronavirusdan ölməyib. Onun ruhu ilə oynamasınlar. Ölüyə hörmət etsinlər”. Güllü Hüseynona son olaraq Dövlət başçısı İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya da öz minnətdarlığını bildirib. Bildirək ki, məşhur gitarist Rəmiş ( Rafiq Hüseynov) aprelin 5-də 76 yaşında vəfat edib.

Həmçinin oxuyun

Türkiyədə sabahdan sərt karantin rejimi aradan qaldırılır

Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən sərt karantin rejimi mayın 17-dən ləğv ediləcək. Türkiyənin …