Çərşənbə axşamı , Mart 26 2019
Ana səhifə / Aktual / Rəmişdən SƏRT SÖZLƏR: “Mini yubkalı oğlanların əlindən…”

Rəmişdən SƏRT SÖZLƏR: “Mini yubkalı oğlanların əlindən…”

Baku.ws saytının rəhbəri Orxan Məmmədov Xalq artisti, gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) evinin qonağı olub.

Gitara ifaçısı izləyicilərin istəyi ilə “Qarabağ şikəstəsi”, “Gözüm yaşla dolmasın”, “Dolya vorovskaya” və s. mahnıları səsləndirib.

Canlı yayım boyu sənətkarı dünyanın hər bir tərəfindən salamlayıblar, ona Allahdan can sağlığı, uzun ömür arzulayıblar.

– Gitaranızı təmir etmək üçün niyə Gəncəyə göndərirsiniz?

– Orada “kəlbəcərli Asif” var, gözəl sənətkardır, ona görə. Gitaramın dilini o bilir.

– Toylara niyə getmirsiniz?

– Əvvəllər gündə 3-4 dəfə toya gedirdim. Axır vaxtlar zəng vurmurlar. Ayda 1-2 dənə. Mini yubka geyinən oğlanlardan bizə macal yoxdur.
Bir toya çağırdılar, hamısı arvad idi. Arvad da nə pul versin. Dəvət edənləri çoxu dost-tanışlardı.

– Yeni çıxan müğənnilərə münasibətiniz?

– Petibalalar… Kişinin kişi sifəti olar, kişi kişi kimi yaşayar. Onların da öz dünyası var. Onların əsas böyük qurumu Amsterdamdadır (Hollandiyanın paytaxtı-red.). Mən hamısına can sağlığı arzulayıram, çünki Allah hərəni bir cürə yaradır.

– Kimi dinləyirsiniz?

– Brilliant Dadaşovanı, Nazpəri Dostəliyevanı, Babək Niftəliyevi…

– Cavan müğənnilər duet ifa etmək təklif edir?

– Onlarda o “dostoinstvo” varsa, “pojaluystsa”. Bir var müğənni olasan, bir də var xanəndə. Xanəndəni nəzərdə tutursunuzsa, başqa söhbət. Xanandə ilə olar, amma müğənni ilə mənimki tutmaz. Bu gün türk müğənni, Xoşqədəm xanımın ömür-gün yoldaşı Doğuşla “Hümayun” muğamı, bir də türk mahnısı ifa etdik. O qədər gözəl oxudu ki… Muğamı Qarabağ xanəndələri kimi yox, türk muğamı kimi oxudu. Gözəl, qabiliyyətli oğlandır.

– Səhhətiniz necədir?

– Təngənəfəs oluram, yeriyə bilmirəm. Çox yeriyə bilmirəm, boğuluram. Bilmirdəm, hardan dərman tapım. Deyirlər ki, Türkiyədə müalicəsi var. Bəlğəm ciyərimdən təmizlənməlidir. Siqaret də çəkmirəm.

– Hansı idman növünü izləyirsiniz, hansı idmançıları tanıyırsınız?

– Kikboksu izləyirəm. Zamit Səmədovu tanıyıram. Bir də Taysona baxıram. O vaxtlar isə Kliçko qardaşlarına baxırdım.

– İdmana həvəsiniz olub?

– Uşaq vaxtı hamımızın var idi. Gimnastika ilə, voleybolla məşğul olmuşam. Əlbəyaxada məni döyən olmamışdı.

Canlı yayımın sonunda sənətkarın ömür-gün yoldaşı Gülü xanım bütün xalqı salamlayıb və hər kəsə Allahdan can sağlığı arzulayıb.

 

Həmçinin oxuyun

Sabah hava necə olacaq? – Proqnoz

Azərbaycanda martın 27-ə gözlənilən hava şəraiti açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan …