Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Rəhim Qazıyev küçədə söyüş söyməkdə ittiham edilib

Rəhim Qazıyev küçədə söyüş söyməkdə ittiham edilib

Dünən 10 sutka inzibati həbslə cəzalandırılan keçmiş müdafiə naziri Rəhim Qazıyevin nədə ittiham edildiyi bəlli olub.

Onun vəkili Zibeydə Sadıqova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, R.Qazıyevlə bu gün görüşüb:

“O, dekabrın 25-i saat 16 radələrində Nərimanov metrostansiyasının çıxışındakı parkda olarkən saxlanılıb. Rəhim Qazıyev oradan 17-ci Polis Bölməsinə gətirilib. Səhərə qədər onunla normal söhbət ediblər, tarixi hadisələrdən danışıblar. Heç biri fiziki təzyiq olmayıb, narahatlıq yaradacaq bir hərəkət baş verməyib. Dekabrın 26-sı saat 10 radələrində Nərimanov rayon Məhkəməsinə gətirilərək İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. R.Qazıyev küçədə telefonla danışaraq ucadan söyüş söyməkdə təqsirləndirilib. Məhkəmənin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib”.

Z.Sadıqova bildirib ki, bu gün qərardan apellyasiya şikayəti verəcəklər.

Həmçinin oxuyun

BDU-dan qalmaqalla qovulan tələbə barədə verilən əmr ləğv ediləcək? – Açıqlama

“Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani …