Milli Məclisin adı tez-tez qalmaqallarda hallanan deputatı Rəfael
Cəbrayılovun növbəti borc olayı onun mandatını təhlükə altında qoyub.
Belə ki, deputat mandatını pul əvəzində girov qoyan R.Cəbrayılovun sonradan onu ifşa edən video və səs yazısı yayılıb.
Bəzi
iddialara görə, Milli Məclisin İntizam Komitəsi Rəfael Cəbrayılovla
bağlı toplanacaq. Komitənin verdiyi rəydən sonra onun mandatından məhrum
edilməsi plenar iclasa çıxarılacaq.
Gununsesi.org-un araşdırması zamanı məsələ ilə bağlı bəzi maraqlı məqamlar üzə çıxıb.
Hakimiyyətyönümlü
deputatın hərəkətinin iqtidarı üçün mənfi rəy yaratdığını iddia edən
bəzi həmkarları onun dərhal cəzalandırılmasını tələb edib.
Ancaq Milli Məclisdə Rəfael Cəbrayılovun tərəfarlarının da üzə çıxması məsələni sual altında qoyub.
Belə ki, bir sıra həmkarları şəxsi borc məsələsinə görə onun cəzalandırılmasının əleyhinə çıxıb.
Milli Məclisdə mövqelərin ikiyə bölünməsi deputatın gələcək taleyi ilə bağlı qeyri-müəyyən vəziyyət yaradıb.
Araşdırmamız
zamanı o da bəlli olub ki, Rəfael Cəbrayılov Milli Məclis Aparatının
rəhbəri Səfa Mirzəyevin iş otağında spiker Oqtay Əsədov üçün izahat
yazıb.
