Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Rəbiyyət Aslanova təkzib etdi: Polisə şikayət etməmişəm

Rəbiyyət Aslanova təkzib etdi: Polisə şikayət etməmişəm

Haqqımda yazılanlar yanlış, təhrif olunmuş məlumatlardır. Mənim polis idarəsinə heç bir müraciətim olmayıb. Bunun da haradan qaynaqlandığını bilmirəm. Birmənalı olaraq söyləmək istəyirəm ki, belə bir müraciət yoxdur.

Bu sözləri Axar.az-a keçmiş millət vəkili, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanova bildirib.

R.Aslanova qeyd edib ki, universitetdə baş verdiyi deyilən hadisə ilə əlaqədar mətbuat xidməti də məlumat verəcək:

“Tamilla Çələbiyevanın açıqlaması ilə əlaqədar bildirmək istəyirəm ki, onun iddia etdiyi kimi kafedramızın laborantı haqqında sənəd nə universitet rəhbərliyinə, nə dekanlığa, nə də kafedraya daxil olub. Universitetə belə bir sənəd daxil olmuş olsaydı, rəhbərlik onu fakültə dekanına, dekan isə mənə göndərməli idi. Belə bir şikayət məktubu olmadığı üçün bu haqda danışmaq da yersizdir”.

BDU mətbuat xidmətindən Axar.az-a bildirilib ki, sözügedən məsələyə dair universitetə heç bir rəsmi müraciət daxil olmayıb: “Bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edildiyi təqdirdə cari ilin 13 dekabr tarixində baş verdiyi bildirilən məsələ müvafiq qaydada hüquqi müstəvidə araşdırılacaqdır”.

Qeyd edək ki, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanovanın universitetin hüquqşünası Tamilla Çələbiyevadan polisə şikayət etdiyi barədə məlumat yayılmışdı. İddia edilirdi ki, universitet rəhbərliyinə müraciət etmək istəyən bir tələbənin valideynləri ilə görüşən hüquqşünasla R.Aslanova arasında narazılıq yaranıb.

Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …