Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Qusarda bir ailənin 8 üzvü zəhərləndi

Qusarda bir ailənin 8 üzvü zəhərləndi

Qusar rayonunda bir ailənin 8 üzvü qidadan zəhərlənib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dekabrın 16-da gecə saat 12 radələrində rayonun Qələcuq kəndində baş verib. Kənd sakinləri – 1963-cü il təvəllüdlü Ağaəfəndi Ağakişiyev, 1989-cu il təvəllüdlü Aygün Ağakişiyeva, Nəsibə Ağakişiyeva, bacı və qardaşlar – 9 yaşlı Lalə Ağakişiyeva Kamran qızı, 8 yaşlı Məhəmmədəli, 7 yaşlı Mədinə, 5 yaşlı Seyidəli, 1 yaşlı Şəfa evdə yedikləri qutabdan zəhərləniblər.

Onlar Qusar rayon xəstəxanasına müraciət ediblər. Ailə üzvlərinin vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …