Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / QUSAR RAYON MƏHKƏMƏSİNİN HAKİMİ ADİL VƏLİYEVƏ TANINMIŞ JURNALİSTDƏN SƏRT İTTİHAM

QUSAR RAYON MƏHKƏMƏSİNİN HAKİMİ ADİL VƏLİYEVƏ TANINMIŞ JURNALİSTDƏN SƏRT İTTİHAM

Azinforum.az xəbər verir ki, keçmiş siyasi məhbus və tanınmış jurnalist Fərəməz Novruzoğlu Eldar Mahmudov və onun komandasını vəzifə başında olarkən ifşa edən azsaylı jurnalistlərdəndir. Məhz bu səbəbdən də, bir neçə dəfə şərlənərək həbsə məhkum edilib. Həmin komandaya yaxşı bələd olan bir şəxs kimi, həmkarımız əldə etdiyi vacib bir informasiyanı bizimlə bölüşüb. Fərəməz Novruzoğlu hazırda  Azərbaycan üçün strateji önəm daşıyan Qusar rayonunda hakim postunda çalışan şəxsin ətrafında da lazım olan səviyyədə araşdırılmanın aparılmasını tələb edir:

” Hazırda MTN-in keçmiş rəhbərliyinin bütün qanunsuz əməlləri ifşa edilir. Onlar barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır. Bilirsiniz ki, həmin cinəyatkar dəstənin əməllərindən ən böyük zərəri mən çəkmişəm. Bu gün gedən prosesləri izləyirəm və görürəm ki, bəzi adamların adı kənarda qalır. İstərdim ki, əlimdə olan vacib bir informasiyanı da saytınız vasitəsilə əlaqədar qurumların nəzərinə çatdırım.

Qusar rayon məhkəməsinin sədri Vəliyev Adil Yaqub oğlu adlı biri var. MTN-in sabiq rəhbərliyinin  göstərişi ilə Qusardakı vəhabilərlə çox yaxın münasibətlər qurub. Oğlunu da adı Qasımdır (“Xəstə Qasım” deyirlər-F.N). MTN-in Qusardakı hərbi hissəsinə adını yazdırıbmış. Orada əsgərlikdə adı getməsinə baxmayaraq, bütün gününü ya Qusardakı villalarında, ya da Bakıdakı evlərində keçirirmiş. Adil Vəliyev də harda oturub-durur deyirmiş ki, 20 min verib oğlumu o hərbi hissəyə saldırmışam. Hətta deyirmiş ki, bu işin qiyməti 50-60 mindir, ancaq MTN-ə böyük xidmətlərim dəyib, buna görə də az vermişəm.  Necə olur ki, ömrünü bu millətin azadlığı yolunda qurban verən mənim kimi bir adamın övladı ən ucqar nöqtədə qulluq edir, bir hakimin oğlu isə düz “qulağının dibində”? Əslində, mən bununla fəxr edirəm. Hesab edirəm ki, deyilən persona ətrafında ətraflı araşdırma aparılsa maraqlı mətləblər üzə çıxmış olar”.

Azinforum.az olaraq bizim Adil Vəliyevlə əlaqə saxlamaq çəhdlərimiz alınmadı. Onun da cavab haqqını tanıyırıq.

Azinforum.az

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın