Çərşənbə axşamı , Mart 9 2021
Ana səhifə / Aktual / Qusar rayon İcra Hakimiyyəti nə işlə məşğuldur? – Şəhidin məzarı hələ də götürülməyib

Qusar rayon İcra Hakimiyyəti nə işlə məşğuldur? – Şəhidin məzarı hələ də götürülməyib

Vətən müharibəsinin şəhidlərindən biri Qusar rayonu, Həsənqala kənd sakini İsmayılov Orxan Qədim oglunun məzarı hələ də götürülməyib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Təqdim olunan fotodan görünür ki, şəhdin qəbrüstü abidəsi qoyulmayıb. Məlumatda qeyd olunur ki, Orxan İsmayılov 2020 -ci ilin oktyabr 5-də dəfn edilib.

Xatırladaq ki, şəhidlərin qəbrüstü abidəsinin qoyulması və yas mərasimin keçirilməsi üçün yerli icra hakimiyyətləri tədbirlər görür.

Bu məqsədlə yerli fondan vəsait ayrılır, habelə Səfərbərlik üzrə Dövlət Xidmətinin müvafiq rayon şöbəsi şəhid ailəsinə maddi yardım edir. Şəhidin qırx mərasiminə qədər məzarın götürülməsi təmin edilir.

Təəssüf ki, Qusar rayon İcra Hakimiyyəti üzərinə düşən vəzifəni yerinə yetirməyib və nəticədə belə narazılıq doğuran mənzərə ortaya çıxıb.

Həmçinin oxuyun

21 ildir sürüşən Bayıl yamacı: proses davam edir

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində yenə sürüşmə hadisəsi baş verib. Nəticəsində bir neçə gün əvvəl …