Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Qurbana çevrilən Fədayəm can…” – Nadir Qafarzadədən həbs edilən Fədayə Laçına mesaj

“Qurbana çevrilən Fədayəm can…” – Nadir Qafarzadədən həbs edilən Fədayə Laçına mesaj

Müğənni Nadir Qafarzadə sevdiyi oğlanın ölüm xəbərini alan həmkarı Fədayə Laçına ağı deyib.
AzNews.az xəbər verir ki, Fədayə Laçının günahsız olduğuna inanan sənətçi onu tənqid edənlərin nə vaxtsa utanacaqlarını dilə gətirib:
“Can Fədayə… sadəlövh, səmimi, sənətinin dəlisi, cinayətkarı aşiqi… Bülbül səslim, Laçın yanğısı ilə alışıb-yanan, sevgisini qorumaq üçün qurbana çevrilən Fədayəm can… İnanıram ki, sənin günahsızlığın sübuta yetiriləcək. Və bəzi səni qınayıb tənqid edənlər dediklərindən utanacaqlar. Allah bağlı qapını açsın”…
Nadir Qafarzadənin bu ağısı sosial şəbəkədə istifadəçilər arasında böyük müzakirəyə səbəb olub. İstifadəçilərin bəziləri Nadir Qafarzadəni bu fikirlərinə görə qınayıb:
“Bəsdirin, dəsmal götürüb ağlayırsınız, ayıbdır. Onun yekə oğlu var, hər gədə-güdəyə aşiq olmaq, övladı biabır etmək düzdu? Ağılsız qadın…”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …