Cümə , Aprel 26 2024
Ana səhifə / Qurban Qurbanova şərab hədiyyə olundu – FOTO

Qurban Qurbanova şərab hədiyyə olundu – FOTO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova şərab hədiyyə olunub.
“Report”un məlumatına görə, bu, futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Samtredia” ilə ilk oyundan əvvəl təşkil edilən mətbuat konfransında baş verib.

Gürcüstandan Bakıya səfər edən georgiaonline.ge saytının əməkdaşı, 45 yaşlı mütəxəssis Tengiz Paçkoria Qurban Qurbanovu Azərbaycan dilində salamlayıb və öz hədiyyəsini təqdim edib. Lakin şərabı Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov qəbul edib.
Q.Qurbanov əcnəbi jurnalistə təşəkkür edərək, inanclı bir insan olduğunu və şərab içmədiyini bildirib. O, Gürcüstan xalqına böyük hörmətinin olduğunu ifadə edib.
Qeyd edək ki, iyunun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Samtredia” oyunu saat 21:00-da başlayacaq.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın