Ana səhifə / Qurban Qurbanov: “Şansımız var”

Qurban Qurbanov: “Şansımız var”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibləri “Kopenhagen” klubu haqqında fikirlərini bildirib.

Bu barədə klubun rəsmi saytına açıqlama verən Q.Qurbanov şanslarından maksimum istifadə etməyə çalışacaqlarını deyib:

“5 potensial rəqibimizin hər biri ilə qarşılaşmağı gözləyirdik, bu baxımdan “Kopenhagen” də istisna deyildi. Rəqibimizin gücü bəllidir, vaxtımız azdır, istənilən halda şansımız var və şansımızdan istifadə etməyə çalışacağıq. Buna baxmayaraq, rəqibi analiz edib oyuna maksimum şəkildə hazırlaşacağıq”.

Qeyd edək ki, “Qarabağ” ilk oyununu avqustun 15-də Bakıda, cavab görüşünü isə avqustun 22-də səfərdə keçirəcək.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın