Ana səhifə / Qurban Qurbanov: “Ola bilsin ki, bu il alınmasın…”

Qurban Qurbanov: “Ola bilsin ki, bu il alınmasın…”

Xəbər verdiyimiz kimi, sabah Bakı vaxtı ilə saat 20:00-da Bakının Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar liqasının himni çalınacaq – “Qarabağ” qitənin ən mötəbər futbol turnirinin pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək.

Virtualaz.org-un əməkdaşı xəbər verir ki, bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransı keçirib.

Sabahkı oyun barədə danışan 45 yaşlı mütəxəssis deyib: “Matçın əhəmiyyətini dərk edirik. Futbolçular məsuliyyəti dərk edirlər. Bizim üçün tanış olmayan bir sistemlə çıxış edən rəqibə qarşı oynaycağıq. Optimal formamızdan uzağıq. Bəzi futbolçularda mikrozədələr oldu. İndi elə bir problem yoxdur. Bu matç Azərbaycan futbolu üçün önəmlidir. Lakin oyunçuların üzərinə getmək, onları təzyiqdə saxlamaq olmaz”.

Nəticə barədə danışan Qurban Qurbanov qeyd edib ki, əllərindən gələni edəcəklər ki, Çempoionlar liqasının qrup mərhələsinə vəsiqə qazansınlar: “Ola bilsin ki, bu il alınmasın, gələn il, o biri il alınsın. Vacib olanı səviyyəni qoruyub saxlamaqdır”.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın