Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Qurban Qurbanov Çempionlar Liqası haqda: “Narahat və ehtiyatlı olacağam”

Qurban Qurbanov Çempionlar Liqası haqda: “Narahat və ehtiyatlı olacağam”

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki yarışlarının tarixi startına doqquz gün qaldı. 12 sentyabrda Azərbaycan çempionu Londonda “Çelsi”yə qarşı oynayacaq. İndi “Qarabağ” futbolçularının əksəriyyəti milli komandanın sərəncamındadır, baş məşqçi Qurban Qurbanov isə baş sındırır ki, yetirmələrini Çempionlar Liqasında ən əhəmiyyətli oyunlara necə optimal vəziyyətdə çıxarsın.

“Düşünürəm ki, biz hələ Çempionlar Liqasının nə olduğunu hətta hiss belə etmirik. Bunu yalnız qrup mərhələsində tam iştirakdan sonra anlayacağıq. Amma görürəm ki, bütün futbolçular arzu ilə alışıb yanırlar, hamı həyəcanlanır. Bütün oyunçularda bu mərhələdə çıxış etmək arzusu var idi”, -deyə Qurban Qurbanov virtualaz.org-a açıqlamasında bildirib.

Ağır püşkü, hansı ki, “Qarabağ”ı “Çelsi”, “Atletiko” və “Roma” ilə bir qrupa göndərdi, şərh edərkən baş məşqçi deyib: “Aydındır ki, biz mürəkkəb qrupa düşdük. Artıq püşkatma zamanı biz Çempionlar Liqasının səviyyəsini hiss etdik. Anlayırıq ki, bizə hansı komandalara qarşı oynamaq lazımdır. Mənə oyunçulara nəyi isə əsaslandırmaq çətin olmayacaq, çünki onlar özləri çoxdan bunu arzu edirdilər. Mənə yalnız bizim hazırlıq proqramını düzgün planlaşdırmaq qalır ki, futbolçular oyunlara lazımi formada çıxsınlar”.

Şəxsi hisslərinə gəlincə, Qurban Qurbanov qeyd edib ki, Çempionlar Liqasında oyunlardan əvvəl həyəcandan qaçmaq mümkün olmayacaq: “Məndə də, oyunçularda olduğu kimi, eyni hisslərdir. Təbii, həyəcanlanacağam, narahat və ehtiyatlı olacağam. Hesab edirəm ki, mən, məşqçi kimi, eləcə də bütün futbolçular Çempionlar Liqasında böyük təcrübə yığacağıq. Bu bizim gələcək işimiz üçün çox faydalı yarış olacaq”.

Baş məşqçi əmindir ki, “Qarabağ”ın futbolçuları Çempionlar Liqasına psixoloji nöqteyi-nəzərdən hazır olacaqlar: “Psixoloji nöqteyi-nəzərdən bizə komandanı bu klublara qarşı hazırlamaq çətin olmayacaq. Əgər hər şeyə real baxsaq, etiraf etməliyik ki, onların hər üçü bizdən çox daha güclüdür. Amma bütün hallarda biz meydana çıxıb, sona kimi mübarizə aparacağıq”.

Həmçinin oxuyun

Hüseynbala Mirələmov: “Hadi Rəcəbli 70 illik dostum idi”

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli 76 yaşında dünyasını dəyişib. …

Bir cavab yazın