Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Qurban bayramı üçün qoyun almaq istəyənlərin nəzərinə!

Qurban bayramı üçün qoyun almaq istəyənlərin nəzərinə!

Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, sifarişlərin onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalı vətəndaşların istifadəsinə verilib. 

Belə ki, qurbanlıq qoyunların sifarişi www.qurbanliq.kendden.az saytı vasitəsilə onlayn qaydada baş tutacaq. 

Qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar sayta daxil olaraq 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunacaq. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək.  Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək. 

Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı və Sumqayıt şəhərlərində aşağıda qeyd edilən satış mənqələrindən götürə biləcəklər:

1. Nizami rayonu, Rizvan Teymurov küç. 21 

2. Nərimanov rayonu, Ağa Nemətulla küç., 45 nömrəli məktəbin yanı

3. Nəsimi rayonu, 20 Yanvar küç. 243

4. Binəqədi rayonu, 9 mikrorayon, Mircəlal küç. 41

5. Binəqədi rayonu, Kazımovski 138 B

6. Xətai rayonu, Məhəmməd Hadı küç., KTV-nin yanı

7. Xətai rayonu, Gəncə pr. 148 A, Xəzər univermağının yanı

8. Xətai rayonu, Lütfizadə küçəsi (Grand marketin yanı)

9. Suraxanı rayonu, Sakit Qocayev küç. 90

10. Sumqayıt şəhəri, Azərbaycan prospekti, 20-ci məhəllə (Əşya bazarının yanı).

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …