Bazar ertəsi , Oktyabr 22 2018
Ana səhifə / Aktual / Qurban bayramı ilə əlaqədar iki dövlət qurumu gücləndirilmiş iş rejiminə fəaliyyət göstərəcək

Qurban bayramı ilə əlaqədar iki dövlət qurumu gücləndirilmiş iş rejiminə fəaliyyət göstərəcək

Avqustun 22-23-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi gücləndirilmiş iş rejiminə keçib.
Azinforum.az-ın Trend-ə məlumatına görə, bunu nazir müavini İlham Quliyev bildirib.
Nazir müavini deyib ki, bazarlara daha sağlam heyvanların satışa çıxarılmasına nəzarət olunacaq: “Müəyyən iş adamlarına müraciət edilib ki, bayram ərəfəsində satışa sağlam heyvanlar çıxarılsın. Çalışırıq ki, Qurban bayramının yüksək səviyyədə təşkil edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərək”.
Qeyd edək ki, bayramda ət kəsiminə nəzarəti Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək.

Həmçinin oxuyun

DİN əmisi gəlinini qaçıran kişinin öldürülməsi ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Qubada əmisi oğlunun arvadını qaçıran kişinin döyülərək öldürülməsi hadisəsi barədə rəsmi …