Cümə , Oktyabr 7 2022
Ana səhifə / Aktual / Qumru quşu Elnur şəhid olduğu gündən fotosunun yanından ayrılmır – VİDEO

Qumru quşu Elnur şəhid olduğu gündən fotosunun yanından ayrılmır – VİDEO

Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olan əsgərlərimizdən biri də Elnur Məhərrəmovdur.

” Azinforum.az “ xəbər verir ki, sentyabrın 14-də Kəlbəcər istiqamətində şəhidlik zirvəsinə yüksələn Elnur, doğulduğu Göyçay rayonunun Şəkər kəndində torpağa tapşırılıb. 

Atası Nərbala Məhərrəmov söhbətində bildirdi ki, oğlunu fəhlə işləyərək böyüdüb. 

Şəhidin anası bildirib ki, ona son dəfə oğlunu görməyə icazə verilməyib: “Nə qədər çalışsam da, onu mənə göstərmədilər. Sonuncu dəfə zəng edəndə də görmədiyim üçün telefonu açmadım. Buna görə çox peşmanam”. 

Elnurun təhsilini yarımçıq qoyub hərbi xidmətə getməzdən əvvəl böyüdərək ailəsinə verdiyi Qumru quşu, onun şəhidlik zirvəsinə ucaldığı gündən şəklinin yanından ayrılmır. 


https://www.youtube.com/embed/pzYFrAvXu9Y

Qumru quşu Elnur şəhid olduğu gündən fotosunun yanından ayrılmır - VİDEO

Həmçinin oxuyun

Prezident ölkədə COVID-19-la bağlı vəziyyətdən danışdı

“Əminəm ki, ölkəmizə daha çox turist gələcək. Çünki COVID-19-la bağlı rəqəmlər artıq aşağı düşüb və …