Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / “Quli”nin 7 əsas düşməni – İntiqam üçün alışıb-yanırlar…

“Quli”nin 7 əsas düşməni – İntiqam üçün alışıb-yanırlar…

Rusiyanın əsas “vor zakon”u tituluna namizədlərdən biri, “Lotu Quli” ləqəbli azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun hazırda olan 7 vacib düşməninin adı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, “ura.ru” portalı “qanuni oğru”ya yaxın mənbəyə istinadən “Quli”nin rəqibləri arasında ilk sırada ötən ilin yayında Rusiya kriminal aləminin lideri seçilən “Şişkan”ın (Oleq Şişkanov) olduğunu yazıb.

Bundan başqa, “Vasya Voskres” (Vasili Xristoforov) və “Meliya” (Merab Qoqiya) da “obşak”a nəzərat üstündə Səlifova rəqib olanlardandır.

Rusiya oğrularının keçmiş lideri “Şakro Molodoy” (Zaxari Kalaşov) “Quli”nin rəqibi hesab olunur. Keçmiş post-sovet məkanının bir nömrəli qanuni oğrusu sayılan Kalaşov hazırda uzun müddət üçün həbsxanadadır.

Nadir Səlifov 2013-cü ildə azərbaycanlı oğruların “taclandırılmasına” qadağa qoysa da, iki gün sonra Emin Əhmədov “taclandırılıb”. Bundan sonra “Lotu Quli” onun oğru statusundan məhrum edilməsi üçün mübarizəyə başlayıb, lakin uğurlu nəticə əldə edə bilməyib.

Səlifovun digər düşmənlərindən biri 32 yaşlı “Zayka”dır(Zaur Əliyev). Vaxtı ilə Moskva bazarlarına nəzarət edən “Zayka” 2014-cü ildə 18 il müddətinə həbs edilib. Sonradan həbsxanada “Quli”nin adamları tərəfindən sındırılıb. O, “Quli”dən intiqam almaq üçün alışıb-yanır.

Tolyattidən olan biznesmen Kamal Quliyev də “Quli”nin düşmənləri sırasındadır. 2015-ci ildə “Quli”nin adamları onu oğurlayaraq ailəsindən 30 milyon rubl pul tələb etmişdilər. Amma o, qaçaraq xilas ola bilmişdi.

2016-cı ildə Türkiyədə qətlə yetirilən azərbaycanlı “Rövşən Lənkəranski” (Rövşən Caniyev) “Quli”nin də əsas düşmənlərindən olub.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …