Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Aktual / “QULİ” ZONDA NECƏ YAŞAYIR? – HƏTTA VƏKİLLƏR ONA TELEFON DAŞIYIR…

“QULİ” ZONDA NECƏ YAŞAYIR? – HƏTTA VƏKİLLƏR ONA TELEFON DAŞIYIR…

Bugünlərdə azərbaycanlı “qanuni oğru”  Dadaş Bakinskinin Kiyevdə göstərdiyi şou bütün medianın diqqətini cəlb etdi. Qeyd edək ki, Rusiyada həbs müddətini başa vuran Dadaşa təcili həmin ölkəni tərk etmək tövsiyyə olunmuşdu . Daha doğrusu, onun vətəndaşı olduğu Azərbaycana ekstradisiyası barədə rəsmi qərar qəbul edilmişdi.  Məlumatlı mənbənin  Azinforum.az-a verdiyi xəbərə görə, həmin qərar Dadaşın ürəyincə olmayıb:

“O, bilib ki, Azərbaycana gələn kimi həbs ediləcək. Çünki Azərbaycandakı kriminogen durumun tam olaraq hüquq-mühafizə orqanlarının nəzarətində olması “oğrular”ın əl-qolunu açmasına imkan vermir. Birdən – birə Dadaşın səsi Kiyevdən gəldi. Onun etdiyi əməl sırf olaraq həbs edilməyə hesablanmışdı. İctimai yerdə özünə xəsarət yetirməklə o,  az müddətə olsa da həbsdə qalmağı planlayıb. Görünən budur ki, öz arzusuna çata bilib.  Ancaq ən diqqət çəkən məqam Dadaşın göstərdiyi şounun sabahı günü onun titulunun əlindən alınması ilə bağlı informasiyanın yayılması oldu. İddalara görə, bunu Rövşən Lənkəranski edib”.

Azinforum.az bildirir ki, son dövrlər “oğrular”ın KİV-lərin xidmətindən məharətlə istifadə etmələri nəzərə çarpır. “Oğru” qanunlarında bu  qəbul olunmasa belə. Bu səbəbdən də, informasiya savaşının tərkib komponenti olan  – rəqiblərin sıradan çıxarılması və onların barəsində mənfi rəyin formalaşdırılması kimi qara piar işləri ilə onlara yaxın olan xüsusi adamlar məşğul olur. Hətta mediaya belə nisbətən sirayət etməyi bacaran bu mövzuda başlıca rəqiblər kimi: Rövşən Lənkəranski ilə “Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovun adı çəkilir. Mənbənin bildirdiyinə görə, çox güman ki, Dadaşın da məhz bu ərəfədə hədəfə alınması həmin ziddiyyətdən qaynaqlanır:

“Dadaş Azərbaycanda ən gənc yaşlarında “oğru” titulunu alanlardandı. Həbsxanada olmaya-olmaya Dadaşa “oğru” titulunun verilməsi vaxtilə  birmənalı qarşılanmamışdı. Kriminal dairələrdə hamı açıq etiraf edirdi ki, Dadaşa həmin adı atası Hikmətə görə veriblər. Hikmət kişi “oğru” olmasa da, kriminal aləmdə önəmli söz sahiblərindən olub. Bu sahədə təcrübəsi az olan Dadaş “Quli”nin oğru olmaması ilə bağlı “praqona” imza atan azərbaycanlı “oğru”lardan biridir.  Sonra isə, “Quli” tərəfə keçərək, anti-Rövşən cinahında yer almağa başlayıb.  Dadaşın bu dəfə Azərbaycana ekstradisiya ediləcəyi halda onun “oğru” kimi tanınmasında problem olmayacaq. Çünki  Azərbaycandakı “zonlar”ın çoxunda baş verən kriminal söhbətlərdə “Quli”nin sözü daha keçərlidir”.

“Quli”ni belə güclü edən nədir?

Penitensiar Xidmətin 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsində saxlanılan “Quli” dörd nəfər üçün nəzərdə tutulmuş kamerada tək yaşayır. Onun mobil rabitədən istifadə etməsinə dair heç bir şübhə ola bilməz. Çünki mütəmadi şəkildə “Quli”nin  Skype vasitəsilə hansısa “sxodka”da iştirak etməsinə dair xəbərlər yayılır.  Cəza çəkdiyi “zon”da “Quli” nin  hər gün görüşə çıxdığı bildirilir.

Onun ziyarətinə daha çox xanım vəkillərindən biri gəlir (adı da bizə məlumdur-red). Faktiki olaraq “Quli”ilə bağlı ciddi hüquqi prosedurun aparılmadığı göz qabağında olduğu halda, həmin vəkillə “Quli”nin hər gün saatlarla hansı mövzuda söhbət etməsi də maraqlı sayıla bilər.

Qeyd edək ki, “Quli”nin başqa bir vəkli Kamndar Nəsibov ona telefon keçirdiyi vaxt 2014-cü ildə Penitensiar Xidmətin əməkdaşları tərəfindən saxlanılıb. Vəkil Kamandar Nəsibova qarşı cinayət işi Cinayət Məcəlləsinin iki maddəsi üzrə – 26 (Cinayət etməyə cəhd) və 317-1.1 (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi) maddələri ilə açılıb və bütün instansiya məhkəmələrində onun təqsiri sübuta yetirilib. Amma maraqlıdır ki, Azərbaycanda məhkəmədə səsini bir qədər hüdürə qaldıran vəkili kollegiya üzvlüyündən azad edildiyi halda, Kamandar Nəsibov öz işinə davam edir və  səsi gürültülü işlərə vəkillik etməkdən gəlir.

Apardığımız araşdırma zamanı məlum olub ki, son bir ildə ən çox mobil telefonun aşkar olunduğu “zon” “Quli”nin saxlanıldığı 8 saylıdı. Maraqlıdır ki, aşkarlanaraq götürülən həmin telefonlarla bağlı aparılan ibtidai istintaq materiallarına nəzər yetirəndə,  cinayət işlərində vacib məqamlardan birinin üstündən sükütla keçildiyi görünür. Nədənsə, telefon “yanması” ilə bağlı aparılan  30 yaxın  cinayət işinin heç birində həmin telefonla kimlərlə danışıldığına dair araşdırma aparılmayıb. Halbuki, istintaq orqanına bu sorğunu etmək elə də çətin məsələ deyil və bu  prosesual hərəkət mütləq edilməliydi. Şübhə etmirik ki, həmin telefonların hər birindən “Quli”nin orbitində olan adamların nömrələri çıxdığı səbəbindən bu edilməyib. 8 saylı “zon” un kotingentinə kriminal aləmdə “osobnyak”lar deyillər. Araşdırılma aparılsa görünər ki, telefona görə cəza alan  həmin “zonun” məhbuslarının yanına illərdir görüş üçün  gələn belə  yoxdur.  Bəs onda onlar telefonu hardan aldılar? Olmaya paraşütla atıblar… Ortaya sadə məntiq çıxır, demək , kiminsə aşkar olunan telefonunu öz üstlərinə götürüblər. Həmin “zonda” isə telefon bir nəfərə daha çox lazımdı.

Hazırda 8 saylı zona Qaçay Aslanov adlı yeni rəis təyin edilib. “Quli” isə öz kamerasında quraşdırılan trenajorlarla məşq edir, xüsusi düzəldilmiş hamamda çimir. Mövzuya qayıdacayıq…

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Daşaltı: 29 ildən sonra baş tutan qisas — VİDEO

Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin dördüncü buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi jurnalist Fərdin …

Bir cavab yazın