Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Qüdrət Şükürovun əmlakı parlamentdə müzakirə olundu

Qüdrət Şükürovun əmlakı parlamentdə müzakirə olundu

Deputat Fəzail Ağamalı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyinin istintaqa cəlb olunan sabiq baş direktoru Qüdrət Şükürov özünə məxsus əmlakları satışa çıxarmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, deputat F. Ağamalı parlamentdə büdcə müzakirələrində deyib ki, indi hansısa keçmiş məmurun hamamını satışa çıxarması barədə xəbərlər yayılır: “ Mən başa düşmürəm ki, onun bu əmlakını satışına çıxarmasına niyə icazə verilməlidir? Olmazdımı ki, həmin əmlaklar hərraca qoyulsun və əldə olunan  gəlir dövlətin hesabına keçirilsin. Bu məsələyə ciddi nəzarət edilməlidir. Ümumiyyətlə, mən Samir Şərifovdan xahiş edirəm ki, Azərbaycandan xaricə maliyyə axını baş verməsinin qarşısı alınsın. Buna Maliyyə Nazirliyi ciddi nəzarət etməlidir”.

O, həmçinin Milli Məclisin ezamiyyə xərclərinin çox aşağı olduğunu vurğulayıb: “Maliyyə xərclərinin az olmasına görə, ayrı- ayrı dövlətlərlə kifayət qədər problemlərimiz çıxıb. Bu vəsaitin artırılmasına ehtiyac var”.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …