Şənbə , Dekabr 5 2020
Ana səhifə / Aktual / Qubernator azərbaycanlı bloger Hüseyn Həsənovun sərt cəzalandırılmasını tələb etdi

Qubernator azərbaycanlı bloger Hüseyn Həsənovun sərt cəzalandırılmasını tələb etdi

Samara vilayətinin qubernatoru Dmitri Azarov oktyabrın 6-da Sankt-Peterburq sakini, azərbaycanlı bloger Hüseyn Həsənovun Samara şəhərində gecə yarısı təşkil etdiyi avtomobil yarışında iştirak edən şəxslərin sərt cəzalandırılaraq tez bir zamanda məsuliyyətə cəlb edilməsini tələb edib.

Virtualaz.org bildirir ki, bu barədə rayon rəhbərliyinin mətbuat xidməti məlumat yayıb.

“Qanuna zidd olan bu cür hərəkətləri təşkil edən şəxslər yeniyetmələri oxşar hərəkətləri davam etməyə təhrik edirlər. Baş verəcək bəlalar da uzaq deyil”, – deyə qubernator vurğulayıb və gecə yarışında iştirak edən avtomobillərin sayının bilindiyini qeyd edib.

Yol polisi əməkdaşları sosial şəbəkələrdən gələn qeydləri öyrənərək, 6 oktyabr saat 3:45-dən 3:50-dək iştirak edən 12 avtomobil karvanının Voljski prospektində yol hərəkəti qaydalarını pozduğu qənaətinə gəlib. 1994-cü il təvəllüdlü Sankt-Peterburq sakininin idarə etdiyi Galendewageni 11 maşın müşayiət edib. Onun bu hərəkəti yol-hərəkəti qaydalarını pozmaq kimi qiymətləndirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qayda pozanlar barəsində inzibati iş açılıb.

Onlardan 4-ü artıq cinayət məsuliyyətinə cəlb olunub. Bölgənin yol polisinin rəhbəri Yuri Nekrasov digər sürücülərin də tapılacağını və məsuliyyətə cəlb edəcəyini vəd edib.

Həmçinin oxuyun

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir. Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu …