Bazar , Noyabr 28 2021
Ana səhifə / Aktual / Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı SƏRƏNCAM

Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması üçün Azərbaycanın 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Həmçinin oxuyun

İrəvan-Culfa yolu açılacaqmı?

“Konkret addımlar gələn həftə üç ölkənin baş nazirlərinin müavinləri tərəfindən açıqlanacaq, lakin düşünürəm ki, Rusiya, …