Şənbə , Aprel 20 2024
Ana səhifə / “Qrup mərhələsində oynamağa şansımız var” – Qurban Qurbanov

“Qrup mərhələsində oynamağa şansımız var” – Qurban Qurbanov

“İlk oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. İlk dəqiqələrdən rəqib pressinq edəcək və bu oyunda daha çox güc sərf etməliyik. Rəqib azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacaq. Biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq”

Bu sözləri UEFA Çempionlar Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkanın “Kopenhagen” komandası ilə səfərdə qarşılaşacaq Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bildirib.

Baş məşqçi deyib: “Avqustun 23-də bizi çətin oyun gözləyir. Qrup mərhələsində oynamağa şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq”.

Qarşılaşma haqqında danışan yarımmüdafiəçimiz Miçel bildirib: “Kopenhagen”də hansısa futbolçunu ayrıca qeyd etməzdim, rəqib komanda şəklində oynayırlar. Danimarka təmsilçisi olduqca güclüdür və Çempionlar Liqasında kifayət qədər təcrübələri var. Sabah onlar da azarkeşlərinin dəstəyi ilə uğur qazanmağa çalışacaq. Amma biz inanırıq ki, sərfəli nəticə qazanıb bu mərhələni keçəcəyik”.

Xatırladaq ki, Kopenhagen” – “Qarabağ” komandalarının Bakıda keçirilən ilk görüşü 1:0 hesabı ilə Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb. (AzərTac)

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın