Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Qoşqar Hacıyev komaya düşdü

Qoşqar Hacıyev komaya düşdü

Aprel döyüşlərində qəhrəmancasına vuruşaraq başından ağır qəlpə yaraları almış Qarabağ qazisi Qoşqar Hacıyevin vəziyyəti kəskin pisləşib və təcili olaraq Bakıda fəaliyyət göstərən EGE Hospitala yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Türkan Məmmədli məlumat yayıb.

“Qoşqar Hacıyev hazırda komadadır, başında çox sayda qəlpə var, dəfələrlə beyin əməliyyatı keçirib. Qarabağ qazisi EGE Hospitalda fəaliyyət göstərən Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) yüksək ixtisaslı mütəxəssisləri – neyrocərrah Özkan Tehli və anestezioloq-reanimatoloq Sərkan Şenkal tərəfindən ciddi müalicə nəzarətindədir”, – o bildirib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …