Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / “Qondarma “erməni soyqırımı” məsələsində alnımız açıq, üzümüz ağdır” – Ərdoğan

“Qondarma “erməni soyqırımı” məsələsində alnımız açıq, üzümüz ağdır” – Ərdoğan

“Qondarma erməni soyqırımı məsələsi ilı bağlı 104 il öncə müharibə şəraitində baş verən hadisələrdə qərar verənlər siyasətçilər deyil, tarixçilər olmalıdır. Bizim bu məsələdə alnımız açıq, üzümüz ağdır. Arxivlərlə bağlı erməni tərəfinə ortaq komissiyanın yaradılması təklifimiz hələ də aktualdır”.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu fikirləri ABŞ-da rəsmi heyətlə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampla ikitərəfli və heyətlərarası görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Ərdoğan oktyabrın 29-da ABŞ Nümayəndələr Palatasının “qondarma erməni soyqırımı” ilə bağlı verdiyi qərardan Türkiyə tərəfinin qəzəbli olduğunu və bunun hər iki ölkə arasındakı mövcud əlaqələrə olduqca mənfi təsir göstərə biləcəyini deyib: “Türkiyə bu mövzuda ortaq dialoqun, arxivlərin açılmasının tərəfdarıdır”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …