Şənbə , Aprel 20 2024
Ana səhifə / Qohum toyunda təmənnasız oxuyanlara vergi iddiası – Video

Qohum toyunda təmənnasız oxuyanlara vergi iddiası – Video

Bəzi müğənnilər dost-tanışlarının toyunda təmmənnasız oxumalarına görə onlara vergi borcu yükləndiyini iddia edirlər. Bu məsələ şou-biznes nümayəndələrinin pulsuz ifalarının vergiyə cəlb edilib-edilməməsini gündəmə gətirir.

Vergilər Nazirliyindən bildirilib ki, müğənninin həqiqətən pulsuz oxuyub-oxumamasını müəyyən etmək xeyli çətindir.

Vergilər Nazirliyinin bölmə rəisi Şahin Məmmədovun sözlərinə görə, hansısa müğənni dost-tanış toyunda oxumaqlarına görə vergi tutulmasından narazıdırsa, bəyannamə təqdim edildikdə, həqiqətən də pulsuz oxumasını sübuta yetirməlidir. Bir sözlə, bu məsələ araşdırıla bilər.

Araşdırmalara görə bir sıra şou-biznes nümayəndələri bu yolla vergidən yayınmağa cəhd edirlər. Yanvar-may aylarının statistikası da bunu sübut edir.

Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın