Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Aktual / Qızmar yayın fəsadları: dönər, popkorn, xiyardan da zəhərlənmək olar – ARAŞDIRMA

Qızmar yayın fəsadları: dönər, popkorn, xiyardan da zəhərlənmək olar – ARAŞDIRMA

Yay mövsümü mədə-bağırsaq sistemi ilə bağlı problemləri hər zaman kəskinləşdirir. Havanın isti keçməsi qida məhsullarının tez xarab olması ilə nəticələnir. Elə ötən ay Bakıda 12 nəfərin kütləvi şəkildə dönərdən zəhərlənməsi halı baş verib. Fakta görə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib. Bu günlərdə isə Filippində reallaşan ziyafətdə 240 nəfərdən çox insan qidadan zəhərlənib. Onlar toyuq, qaynadılmış yumurta və düyü yedikdən sonra özlərini pis hiss edib və xəstəxanaya yerləşdiriliblər. Bəs özümüzü zəhərlənmədən necə qoruyaq?

Qastroenteroloq-endoskopist Farmiz Əliyev yay dövründə mədə-bağırsaq traktında baş verən pozuntuların əsas səbəbini tez xarab olan qida məhsullarının saxlanma qaydalarının pozulmasında və yeməyin hazırlanması zamanı yol verilən qüsurlarda olduğunu bildirib: “Bu səbəbdən mikroorqanizmlərin çoxalması və məhsulun xarab olması üçün əlverişli şərait yaranır. Mikroorqanizmlərin yaratdığı və orqanizmə ötürülən toksinlər zəhərlənmə yaradır və xəstəliyə gətirib çıxarır”.

Onun sözlərinə görə, fəsfud qidalar daha çox azyaşlılar arasında xroniki allergiyaya səbəb ola bilir: “Fəsfud qidalardan istifadə edən pasiyentlərin şikayəti artıq çəki, allergik xüsusiyyətlər, xroniki qəbizlik, mədə-bağırsaq xəstəlikləri ilə bağlı olur. Belə qidalar bağırsaq xərçənginin yaranmasına çox ciddi təsir edir. Fəsfuda tez-tez müraciət edən insanlarda hüceyrə metabolizması korlanır. Bu halda hüceyrə mübadiləsi pozulur. Ölkədə mədə-bağırsaq problemlərindən əziyyət çəkən insanların sayı həddindən artıq çoxdur. Buna da səbəb düzgün olmayan qidalanma formasıdır. İnsanları nə qədər bu tip qidadan uzaq durmağa səsləsək də, bəzən iqtisadi baxımdan mümkün olmur, çünki daha əlçatan və ucuz olurlar”. (Report)

Həmçinin oxuyun

Bakıda pul qazanıb, ermənilərə 50 min dollar göndərir

Paytaxtda fəaliyyət göstərən iaşə obyekti sahibəsinin ermənilərə dəstək fonduna külli miqdarda vəsait köçürüldüyü bildirilir. Bu …