Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Qızmar hava davam edəcək – Proqnoz

Qızmar hava davam edəcək – Proqnoz

Bakıda və Abşeron yarımadasında iyunun 30-da hava şəraitinin günəşli olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 35-40, Bakıda gecə 24-26, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyunun 30-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 27-28 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı saat 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Azərbaycanın rayonlarında iyunun 30-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 37-42, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

İyulun 2-dək Abşeron yarımadasında anomal isti və durğun hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Ölkə ərazisində müşahidə olunan anomal isti hava şəraiti iyulun 4-dək davam edəcək. Havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43, dağlıq rayonlarda 28-33 dərəcə isti təşkil edəcək.

Həmçinin oxuyun

Nazirdən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı – Açıqlama

Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin …