Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / “Qızım bir gecənin qurbanı oldu”- Qızı intihar edən ata

“Qızım bir gecənin qurbanı oldu”- Qızı intihar edən ata

“Qızım bizdən çox da uzaqda yaşamırdı. Onun ölümünə səbəb olacaq bir problemi, dərdi yox idi. Biz də baş aça bilmirik o, canına niyə qıydı, qızımı buna vadar edən nədir?”.

“Qafqazinfo” xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Şəki şəhərinin Baş Layısqı kəndində ötən gün yaşadığı evin eyvanında özünü asaraq intihar edən Şəhanə Salahovanın atası Vəli Salahov deyib.

O, iki uşaq anası olan qızının intihar etməsinin müəmmalı olduğunu bildirib:

“Qızım bir gecənin qurbanı oldu. Heç nə bilmirəm. Amma qızım getdi. O, indi yoxdur, körpə uşaqları yetim qaldı. Mən qızımı evimdən gəlin köçürmüşdüm. İndi isə o dünyadan köçdü. Qızım getdi, sözüm tükəndi. O, mənim yanımda olanda heç vaxt ölüm, intihar haqda düşünməzdi. Mən heç nə bilmirəm, nə olubsa bir gecənin içində olub. Övladım bir gecənin içində özünə qəsd elədi”.

V.Salahov qızının ailəsində problem olmadığını düşünür: “Mən bildiyim qədər qızımın əvvəllərdə heç bir dərdi, problemi olmayıb. O, bizə tez-tez gəlib gedirdi. Biz də onlara gedirdik. Ailəmizdə gizli heç nə olmayıb. Əgər qızımın bir dərdi olsaydı, mənə deyərdi.

Qızımın iki oğlu var. Birinin 5, digərinin isə 3 yaşı var. Balaca nəvəm anasız dayana bilmir. Elə hey qışqırıb anasını istəyir. Yoldaşı da fəhlə adamdır. O, içki içmir, pis əməli də olmayıb. Onların ailəsində heç bir maliyyə problemi yox idi. Mənim də bir əlim həmişə qızımgilin üstündə idi. Şükür Allaha onların özlərinin də evləri, yeməkləri, hər şeyləri var idi”.

Mərhumənin atası həmçinin qeyd edib ki, qızı intihar edən zaman evdə yalnız onun qaynanası olub: “Qızım özünü asan vaxt mən Bakıda olmuşam. Toya getmişdim. Bir də səhər tezdən zəng gəldi ki, qızım özünü öldürüb. Dəli oldum. Qızımın yoldaşı da həmin vaxt Bakıda olub. Onlar bizim köhnə qohumlarımızdır. Nəsə problem olsaydı bilərdik. Həmin gecə qızımın yanında qaynanası olub. Yəqin ki, onun hər şeydən xəbəri var. Ölüm ilə bağlı ondan heç nə soruşa bilmirəm. Ancaq içimdə qıslıb dururam. Mənə olan olub daha. Bu gündən sonra qızımı qaytara bilmərəm. Mən artıq cəhənnəmdəyəm. İndi qızımın körpələrinin dərdini çəkirəm. Əlimizdən nə gəlir. Bilsəm ki, o geri qayıdacaq yalvararam ki, qızım qayıt evinə”.

Sonda isə ata qeyd edib ki, hazırda qızının ölüm səbəbləri araşdırılır.

“Dövlətimiz qızımın ölüm səbəbini araşdırıb üzə çıxaracaq. Günahkarların cəzasını də dövlətimiz verəcək”.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü Şəhanə Vəli qızı Salahova ötən gün yaşadığı evin eyvanında özünü asaraq intihar edib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

Həmçinin oxuyun

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.Azərbaycanda bəraət hökmlərinin …

Bir cavab yazın